Paşinyan Ermənistanı daha da hərbləşdirir: "Müdafiə büdcəsini artırmağı düşünürük"

2019/09/20407-1568633164.jpg
Oxunub: 30211     15:20     16 Sentyabr 2019    
"Gələn ilin dövlət büdcəsinə əsasən müdafiə xərclərinin 14 faiz artırılması planlaşdırılır".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, müdafiə sahəsinə ayrılmış xərclər 2019-cu ildə təxminən 26 faiz - 312 milyard erməni dramı artırılıb.

Paşinyan, həmçinin qeyd edib ki, 2020-ci ildə müdafiə büdcəsini daha 14 faiz artırmağı planlaşdırırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Hərbi-xərclər  


Bizi "telegram"da izləyin