Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri iranşünas Vardan Voskanyan Nikol Paşinyanın qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsi barəsində etdiyi açıqlamalara toxunarkən deyib.
Onun sözlərinə görə, vəziyyət həm obyektiv, həm də subyektiv səbəblərə şərtləndirilib.
"Obyektiv səbəblərdən biri Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyidir, çünki həm Ermənistanda, həm də İranda bir müddət gözlənilən vəziyyət var idi. Ermənistan-İran dəmir yolu məsələsinin gündəmdən çıxarılması Ermənistan üçün kobud səhvdir. Ermənistan-İran münasibətlərində müsbət irəliləyiş yoxdur, proseslər inersiya gücü ilə davam edir, çünki Ermənistan təşəbbüs göstərmir", - deyə iranşünas bildirib.
Alpər Mövludoğlu
Ordu.az