Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ət konservini mənimsədiyi üçün hərbi hissənin 1-ci motoatıcı taboru komandirinin arxa cəbhə üzrə müavininə qarşı ittiham irəli sürülüb.
İlkin istintaq məlumatlarına görə, komandir müavini döyüş növbətçiliyi həyata keçirən şəxsi heyət üçün nəzərdə tutulmuş, ümumi çəkisi 65 kq olan ət konservini mənimsəyib.
Baş vermiş hadisəyə görə Ermənistan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi açılıb.
Alpər Mövludoğlu
Ordu.az