Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Andranik Tevanyan bildirib.
Onun sözlərinə görə, problem populist Paşinyanın hər hansı məsələdə hansısa həllə gedə bilməməsi və hakimiyyətdən getmək istəməməsidir, çünki onun üçün problem daha çox hakimiyyətdir.
“O, başa düşüb ki, əgər Qarabağ problemində sərt və arzuolunmaz həllərə getsə, o zaman kürsüsünü itirəcək. Brayzanın bəyanatı sübut edir ki, həm daxili, həm də xarici bütün dairələr tərəfindən Paşinyan Baş nazir kimi kənarlaşdırılıb və indi problem onun hansı modellə uzaqlaşdırılmasıdır”,- deyə Tevanyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az