Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Arman Melikyan deyib.
“Hazırda belə bir görüşdən Ermənistan üçün və ya Qarabağın sülh yolu ilə nizama salınması kontekstində irəliləyişin əldə olunması baxımından real nəticələr gözləməzdim”, - deyə o ehtimal edilən Paşinyan-Tramp görüşünü şərh edərkən bildirib.
Melikyan, Samvel Babayanın bəyanatına toxunarkən qeyd edib ki, Babayan öz komandası ilə birlikdə Qarabağda “seçkiöncəsi” proseslərin aktiv iştirakçılarından biridir.
“İndi onun qarşısına duran ən böyük maneə qanuni məhdudiyyətdir. O, daimi yaşamaq üçün İrəvana köçüb və artıq Qarabağ qeydiyyatı olmadığı üçün Qarabağ sakini deyil”, - deyə o bildirib.
Melikyan Vitali Balasanyanın məsləsini isə şərh etməyib və bunun süni şəkildə qızışdırılmış məsələ olduğunu vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az