Ter-Petrosyan dövrünün qaranlıq illəri və ondan sonrakı dövr

2019/09/Vahan-1568624093.jpg
Oxunub: 29165     14:02     16 Sentyabr 2019    
“Ermənistanın hüquq müdafiəçilərinin böyük hissəsi 2008-ci ildən başlayaraq, artıq 11 ildir bu əyri xətti endirənlərlədir, onları dəstəkləyirlər və mətbuat onların müsahibələri ilə doldurulub”.

Ordu.az xəbər verir ki, bunu erməni yazıçı, jurnalist Vahan İşxanyan öz “Facebook” səhifəsində yazıb.

O, ABŞ-da dərc olunan “polity index” qrafikində Ermənistanın vəziyyətini şərh edib.

“Bu, Ermənistanın insan hüquqları vəziyyətinin əyri xəttidir. ABŞ-ın Meriland Universitetinin alimlər qrupu tərəfindən hazırlanmış “polity index” qrafikində 2013-cü ilə qədər 24 illik müstəqillik dövründə Ermənistandakı demokratiya və insan hüquqlarının vəziyyəti göstərilir. Araşdırmaya dünyanın bütün ölkələri daxildir. Ermənistan müstqəillik qazandıqdan qısa müddət sonra, Ter-Petrosyanın prezidentliyi illərində kəskin şəkildə 6 pillə eniş edib. Ölkəmiz 1998-1999-cu illərdən başlayaraq Ter-Petrosyanın devirilməsindən və Robert Köçəryanın hakimiyyətə gəlməsindən sonra 9 xalla irəliləyib. İqtisadi vəziyyət qrafiki qurulmuş olsa belə, əyri xətt üstündə dalğalanma ola bilər.

Düşünürdük ki, 1998-ci il hadisəsi ilə bu qaranlıq atmosfer başa çatıb, lakin yox, insanların qurban getməsi və qurbanların qanını başqa birinə yazmaqla 2008-ci ildə belə bir hadisəni yenidən yaşadıq. Ermənistanın hüquq müdafiəçilərinin böyük hissəsi 2008-ci ildən başlayaraq, artıq 11 ildir bu əyri xətti endirənlərlədir, onları dəstəkləyirlər və mətbuat onların müsahibələri ilə doldurulub. Bu hüquq müdafiəçiləri Ter-Petrosyanın hakimiyyət illərində yox idi”, - deyə İşxanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Petrosyan   Cinayət  


Bizi "telegram"da izləyin