Ordu.az xəbər verir ki, bu sözləri Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Real TV”yə müsahibəsində deyib.
Müdafiə naziri qeyd edib ki, gələn ayın sonunda Azərbaycanda “Qafqaz qartalı” xüsusi təyinatlı qoşunların təlimləri də keçiriləcək.
“Ayın 16-dan irimiqyaslı təlimlər başlayır və bu təlimlərə mən rəhbərlik edəcəm. On minə yaxın şəxs heyət iştirak edəcək. Bu təlimlərdə çoxlu sayda silah, texnika iştirak edəcək. Mən deyim ki, gələn ayın sonunda Azərbaycanda “Qafqaz qartalı” xüsusi təyinatlı qoşunların təlimləri keçirləcək. Azərbaycanın xüsusi təyinatlı qoşunlarının şəxsi heyəti, Türkiyənin xüsusi təyinatlı qoşunlarının şəxsi heyəti, Gürcüstanın xüsusi təyinatlı qoşunlarının şəxsi heyəti bu təlimlərdə iştirak edəcək. Görürsüz ki, daim şəxsi heyət, Azərbaycan ordusu təlimlər keçirir və bu təbii ki, bunların hamısı müharibəyə hazırlıq məqsədi güdür”, - deyə general-polkovnik bildirib.
Ordu.az