Xidmət yoldaşını öldürən erməni əsgərin atası oğlundan məlumat ala bilmir – DETALLAR

2019/09/thumb-1568621279.jpg
Oxunub: 545     20:06     16 Sentyabr 2019    
Hrazdan şəhər Crarat kənd sakini 1-ci qrup əlil Aşot Yengibaryan məhkum edilən əsgər oğlu barədə məlumat ala bilmədiyinə dair narahatlığını ifadə edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun oğlunu naməlum səbəblərdən Meğridəki açıq cəzaçəkmə müəsisəsindən Gorus qapalı cəzaçəkmə müəsisəsinə köçürüb, oradan da İrəvana aparıblar.

Əsgər yoldaşını qətlə yetirən erməni əsgəri 10 il müddətinə həbs edilib.

Yengibaryan sakit məhbus olduğuna görə oğlunun məzuniyyətə buraxılaraq gələcəyini gözlədikləri halda, qəfildən Gorus qapalı cəzaçəkmə müəsisəsinə köçürülüb, oradan da İrəvandakı Nubaraşen qapalı cəzaçəkmə müəsisəsinə aparıldığı məlum olub. O, bugünədək bundan artıq heç bir məlumat əldə edə bilmədiklərindən narahatlığını ifadə edib.

Qeyd edilir ki, bir neçə ay öncə 27 yaşlı İqnat Yengibaryan və 50 yaşlı Aruşavan Sarkisyan adlı məhbuslar yaxşı davranış tərzlərinə görə Artik yarıaçıq cəzaçəkmə müəssisəsindən Nrnadzor kəndindəki Gorus açıq cəzaçəkmə müəssisəsinə köçürülüblər.

Lakin bir ay sonra Ermənistan Baş prokurorluğu bölüşdürmə komissiyasının qərarını şikayət edərək, yenidən baxılmasını tələb edib. Bunun nəticəsində öncə hər iki məhbus Gorus qapalı cəza çəkmə müəsisəsinə, 15 gündən sonra isə Nubaraşendəki qapalı cəza çəkmə müəssisəsinə köçürülüblər.

Sözügedən Cəzaçəkmə Xidmətinin İctimai Əlaqələr şöbəsinin rəisi Nona Navilyan da verdiyi müsahibəsində qərarın onlar üçün gözlənilməz olduğunu qeyd edib.

Ermənistan Baş prokurorluğu isə cəzaları yüngülləşdirilən şəxslər barədə intizamlı məhbus kimi verilən qərarın qanun pozuntusu olaraq, yanlış olduğunu deməklə, Yengibaryanın 4 dəfə, Sarkisyanın isə 5 dəfə cəza aldığını qeyd edib.

Həbsxanada telefon mübahisələri ilə müşayiət olunan, kiçik xarakterli mübahisələr baş verdiyi qeyd edilib.

Atası prokurorluğun qərarına təəccüb etdiyini vurğulayıb.

İqnat Yengibaryan 2012-ci ildə 10 il müddətinə azadlıqdan mərhum edilib. O, 19 yaşında olarkən orduda əsgər yoldaşını qətlə yetirməkdə ittiham edilir. Qətli törətmədiyini, güc tətbiq etməklə etirafedici ifadə verməli olduğu qeyd edilir.

Atası bildirib ki, oğlu təbiətcə sakit insandır. Şəmşəddindəki hərbi hissədə əsgəri öldürüb onun üzərinə atdıqlarını iddia edir. Artıq, oğlunun 7.5 il müddətinə həbs həyatı yaşadığını vurğulayıb.

Yaşayış evlərinin bərbad gündə olduğu, qəzalı şəraitdə olmasını bildirən məhbus əsgər atası, bir an öncə onun yolunu gözlədiklərini bildirib. Ona baş çəkmək üçün pullarının olmadığını bildirən erməni əsgərinin atası kasıblıqdan əziyyət çəkdiklərini qeyd edir.

Məhbus əsgərin atası görmə məhdudiyyətlidir. Atasının və nənəsinin təqaüdü hesabına yaşadıqları qeyd edilir.

Digər məhbus - 50 yaşlı Aruşan Sarkisyanın da kasıb ailədən olduğu və açıq rejimdən, qapalı rejimə keçirilməklərinin səbəblərini bilmədiklərini qeyd ediblər.

Yengibaryanın vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı müraciət məhkəmə tərəfindən baxılma mərhələsindədir və növbəti həftə qərar məlum olacaq.

Artıq məlum olub ki, hər iki məhbus Nubaraşen qapalı cəzaçəkmə müəsisəsindən əvvəl saxlanıldıqları, Artik cəzaçəkmə müəssisəsinə geri köçürülüblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Xidmət yoldaşını öldürən erməni əsgərin atası oğlundan məlumat ala bilmir – DETALLAR

2019/09/thumb-1568621279.jpg
Oxunub: 546     20:06     16 Sentyabr 2019    