Ekspert: “Ermənistanda 50.000 tondan 100.000 tona qədər uran ehtiyatı var”

2019/09/1ca11-1568617380.jpg
Oxunub: 819     11:54     16 Sentyabr 2019    
“İrəvandan çox da uzaq olmayan Arzakan (Hrazdan çayının hövzəsi) və Amuslarla müqayisədə Zəngəzurun müxtəlif mədənlərində çox, olduqca çox uran var”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Məlumatlı Vətəndaşlar İctmai Birliyinin proqramlarını sistemləşdirən Daniel İoannisyan öz “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanda 50.000 tondan 100.000 tona qədər uran ehtiyatı var.

“Amuslarda bu ehtiyatların təqribən 0,1 faizi yerləşir. Məsələn, İrəvandan çox da uzaq olmayan Arzakan (Hrazdan çayının hövzəsi) və Amuslarla müqayisədə Zəngəzurun müxtəlif mədənlərində çox, olduqca çox uran var. Sovet vaxtı həm Cermuk “xətrinə”, həm də uranın olduqca az olması səbəbinə görə Amuslarda uran mədəni açılmayıb. Müqayisə üçün deyim ki, Rusiyada uranın ən kiçik mədənində 3500 ton uran (Amuslardan 50 dəfə çox) var.

Filizdən qızıl və mis çıxarıldıqdan sonra uran daşların içərisində qalır. Filizlərdən uran çıxarmaq o qədər baha başa gəlir ki, yumşaq dillə desək, bu, Amuslarda sərfəli olmayacaq (uran qızıldandan 2000 dəfə ucuzdur). Nəticə etibarilə, zəlzələ və ya hər hansı (ən pis) ssenari olacağı təqdirdə uran hər hansı bir yerə “axmayacaq” (çünki daşlar axmır).

Təbiətdə urana əsasən (99.3%) 238-ci izotopla rast gəlinir. Əlbəttə, mən demirəm ki, uran insan sağlamlığına faydalıdır. İrəvandalı katalizatolarsız avtomobillər əhalinin sağlamlığına çox böyük zərər vurur, o, Amuslar uranından da çox zərər vura bilər.

Əlbəttə, mən Barseğyan Hayka və digərlərinə hörmət edirəm, lakin uran məsələsini fiziklərə buraxın”, - deyə İoannisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ekspert: “Ermənistanda 50.000 tondan 100.000 tona qədər uran ehtiyatı var”

2019/09/1ca11-1568617380.jpg
Oxunub: 820     11:54     16 Sentyabr 2019    