Paşinyan populizmin ömrünün qısa olduğunu başa düşmür - Çəkiyə sahib olmaq lazımdır

2019/09/89089-1568457301.jpg
Oxunub: 7621     16:10     19 Sentyabr 2019    
Xəbər verdiyimiz kimi, sentyabrın 21-də Paşinyanın ABŞ-a çoxdan gözlənilən səfəri baş tutacaq. Ertəsi gün Los-Ancelesdə onun yerli ermənilərlə görüşməsi və Los-Anceles bələdiyyəsinin qarşısında Qrand Parkda çıxışı planlaşdırılır. Kaliforniyadakı bir milyonluq erməni icmasından təxminən 20 min insanın iştirakı gözlənilir.

Erməni dairələrinin diaspor erməni icmaları ilə rəsmi görüşləri həmişə olur, lakin maraqlıdır yeni hakimiyyət hakimiyyət dəyişikliyindən sonra Ermənistan-Amerika münasibətlərində irəliləyişlər edə bilmədiyi üçün Paşinyanın səfəri Los-Ancelesdəki mitinqlə məhdudlaşacaqmı?

Təsadüfi deyil ki, aylar əvvəl Paşinyan parlament kürsüsündən hakimiyyət dəyişikliyinin ABŞ tərəfindən kifayət qədər diqqətə alınmadığından şikayətlənib.

Problem ondadır ki, Paşinyan işlədiyi dövrdə ABŞ prezidenti və ya dövlət katibi ilə görüşə nail ola bilmir. Paşinyanın görüşə bildiyi yeganə ABŞ rəsmisi, yaxınlarda istefa verən prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton olub.

Paşinyanın prezident Trampla görüşə nail ola bilməməsinin səbəbi kimi, bəzi analitiklər ABŞ-ın hazırkı administrasiyasını maraqlandıracaq iqtisadi cəhətləri ilə gündəliyin formalaşdırılmasının mümkün olmadığını qeyd edirlər.

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan isə dəfələrlə Ermənistan-Amerika münasibətlərinin yüksək səviyyədə qaldığını bildirərək, Paşinyanın Tramp ilə görüşəcəyi vaxtın gələcəyinə ümid etdiyini bildirir.

Mnatsakanyanın “inandırıcı vədləri”nə baxmayaraq, Paşinyanın səfərinin gündəliyindən belə bir nəticə çıxara bilərik ki, bir neçə uğursuz cəhdlərdən sonra Ermənistan hakimiyyəti ABŞ prezidenti, dövlət katibi Pompeo və ya digər yüksək vəzifəli məmurlarla görüş məsələsi ilə bağlı ümidlərinin boşa çıxdığını dərk edib.

ABŞ rəhbərliyinin Ermənistan hakimiyyəti üçün əlçatmaz olmasının səbəbləri nələrdir?

Səbəbləri başa düşmək üçün ilk növbədə Ermənistan hakimiyyətinin, hökumətin özünəməxsus diletantizmini nümayiş etdirən münasibətləri inkişaf etdirmək üçün atdığı addımlara nəzər salmalıyıq, çünki hakimiyyət dəyişikliyi zamanı səyahətlərə meyilli olanlar, öhdəsindən gələ bilmədikləri tərəfdaşlarla necə işləməyi dərk edənə, məsul vəzifələrə gəlib çıxdıqlarını başa düşənə qədər qarşılıqlı əlaqə üçün əlverişli vaxt çoxdan keçmiş olacaq.

Bunun bariz nümunəsi Ararat Mirzoyanın ABŞ-a 12 günlük fasiləsiz səfəri, dövlət büdcəsi xərcləməkdən başqa, demək olar ki, Ermənistana heç bir şey verməməsidir.

Beləliklə, təsadüfi deyil ki, mütəxəssislər və ekspertlər yeni Ermənistan orqanlarının İrəvan və ya Los-Ancelesin mərkəzində olmasından asılı olmayaraq, yalnız mitinq təşkil etməkdə peşəkar olduqlarına dair fikirlərini bildirirlər, lakin iş planlarını tanıtmaq və həyata keçirmək məsələsinə gəldikdə, Paşinyan hakimiyyəti çarəsizliyini ortaya qoyur.

Paşinyan populizmin ömrünün qısa olduğunu, peşəkar yanaşma tərzi nümayiş etdirməyin lazım olduğunu, ABŞ kimi dövlətlərin onunla hesablaşması üçün çəkiyə sahib olmağın lazım gəldiyini başa düşməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Populizm  


Bizi "telegram"da izləyin