Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti SHXÇDX-də olub

2019/09/d6f9a-7842281010.jpg
Oxunub: 498     14:14     14 Sentyabr 2019    
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov ölkəmizdə səfərdə olan türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Ordu.az-a verilən məlumata görə, görüşdə iki qardaş ölkə arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərindən söhbət açılıb. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri siyasət nəticəsində dövlətlərimiz arasında ikitərəfli, həmçinin çoxtərəfli müstəvidə əməkdaşlığın gündən-günə dərinləşdiyi xüsusi vurğulanıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə vətənpərvərlik tərbiyəsində veteran təşkilatlarının rolundan danışılıb. Bu cür qarşılıqlı səfərlərin əhəmiyyətinə diqqət çəkilib. Bildirilib ki, indiki dövrdə ölkələrimiz arasında tarixi ənənələrə söykənən sarsılmaz qardaşlıq əlaqələri bütün sahələrdə olduğu kimi hərb quruculuğu sahəsinə, eləcə də ehtiyatda olan zabitlər və veteran təşkilatlarının əməkdaşlığına yeni töhfələr verir.

Bakının işğaldan azad olunmasının 101 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılmaq üçün respublikamıza gələn qonaqlar Azərbaycan və Türkiyə münasibətlərini xalqlarımız arasında olan qardaşlığın təntənəsi kimi qiymətləndiriblər. Qeyd olunub ki, yüz bir il bundan əvvəl iki qardaş xalqın əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ölkələrimizin hərb tarixinin ən şərəfli səhifələrindəndir.

Qonaqlar Azərbaycan Respublikasında səfərdə olmaqlarından məmnunluqlarını ifadə edib, səmimi qəbula və Azərbaycanın veteran təşkilatları ilə əlaqələrin inkişafı istiqamətində verilən dəstəyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə təşəkkürlərini bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Türkiyə   SHXÇDX  

Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti SHXÇDX-də olub

2019/09/d6f9a-7842281010.jpg
Oxunub: 499     14:14     14 Sentyabr 2019    