“Bakıdakı ən yüksək səlahiyyətlilər münaqişənin nizamlanmasında irəliləmək istəyirlər” - Brayza

2018/03/img1554240456456_1510900536_1520495563.jpg
Oxunub: 23255     12:16     14 Sentyabr 2019    
“Hakimiyyət dəyişikliyindən dərhal sonra, hakimiyyətin qəbul edilməsinin ilkin mərhələsində danışıqlar prosesində müsbət irəliləyişlər oldu, görüşlər yenidən başladı, liderlər və nazirlər səviyyəsində danışıqlar aparıldı və müsbət dəyişikliklər baş verdi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin keçmiş köməkçisinin müavini, ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, bir neçə ay əvvəl, cəmiyyətləri sülhə hazırlamaq, təmas xətti boyu atəşkəsi gücləndirəcək etimad quruculuğu üçün bir neçə aydır davam edən danışıqlar nəticəsində tərəflərin verdiyi açıqlama son illərdəki ən əhəmiyyətli irəliləyiş olub.

“Bilirəm ki, Bakıda ən yüksək səviyyədə Qarabağ məsələsinə dair Paşinyanın niyyətləri ilə bağlı yeni inam var. Bilirəm ki, Bakıdakı ən yüksək səlahiyyətlilər Paşinyanla münaqişənin nizamlanmasında irəliləmək istəyirlər, amma köhnə sistem ona qarşı işlədiyi üçün rəqabət davam etdiyinə görə, təzyiqlər davam etdikcə Paşinyanın öz siyasi hakimiyyətini effektiv şəkildə birləşdirə biləcəyinə dair şübhələr var. Buna görə hesab edirəm ki, bu məsələ irəliləməni ləngidib və Paşinyana təzyiq göstərir”, - deyə o qeyd edib.

O bildirib ki, bu 20 ilin problemidir: “Levon Ter-Petrosyan da sıçrayışa yaxınlaşdıqda, yenidən böyük bir erməni təzyiqinə məruz qaldı, bunun ardınca Ermənistan parlamentində məlum faciəli hadisə baş verdi. Sonra, bir neçə il əvvəl, Sarkisyanın hakimiyyəti dövründə tərəflər sıçrayışa yaxınlaşanda buna bənzər bir vəziyyət yarandı. Putin aprel döyüşlərindən sonra əlamətdar təkliflər etmişdi, bunun ardınca polis alayının ələ keçirilməsi böhranı baş verdi. Eyni şey Paşinyanla da baş verir, ümumiyyətlə bu sahədə heç bir yenilik yoxdur”.

Ermənistan hakimiyyətinin qondarma qurumun danışıqlar tərəfi olması barədə açıqlamalarına gəlincə, Brayza bildirib ki, Azərbaycan bu təklifə razılıq vermir.

“Ancaq bu bir danışıqdır, danışıqlar prosesində verməli və götürməlisiniz, digər tərəfdən bir şey istəsəniz, təklif edəcəyiniz bir şey olmalıdır. Düşünürəm ki, bu gün Azərbaycan belə deyir: “Bəs, istəmədiyimiz bir işi görsək, nə qazanacağıq?”.
Yəni bu vacib addım üçün ödəniləcək bir qiymət var. Ancaq bu hər iki tərəfin işidir”, - deyə Brayza qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   Müharibə   Ermənistan  


Bizi "telegram"da izləyin