"Əsgər dostluğu təsadüflə başlayır, sonralar ömrə, yaşantılara yazılacaq illərin urvatı olur"

2019/09/5542d-1568447159.jpg
Oxunub: 524     16:43     16 Sentyabr 2019    
Səngərdə eşidilən salam-əleykə milli-xəlqi ruhun ruhlara xeyir-duası deyərdim...

Səngərdə əvvəlcə baxışlar danışır, sonra baxışların dedikləri ürəkləri dilləndirir, sonra kəlmələr eşidilir. Səngərlərdə əsgərlərlə səmimi söhbətlər mənə həmişə könül xoşluğu verib. Əsgərlərin döyüş əzmində, qələbə ruhunda Doğu-Batı arası "Mən azərbaycanlıyam!" deyənlərin istəyini görmüşəm, bir daha dönməzliklə inanmışam ki, Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcək. Ona da əmin olmuşam ki, işğal son nəfəs ərəfəsindədi.

Səngərlərdə əsgərlərimizlə Vətəndən danışırıq, Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızın işğaldan azad ediləcəyindən, Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunmasından, əsgər dostluğundan danışırıq, düşüncələrim əsgərlərimizin düşüncələriylə o qədər incəliklə, o qədər doğmalıqla qoşalaşır ki!..

Mayın əvvəllərində Lələtəpədə ezamiyyətdəydim. Asudə vaxtda əsgərlərdən birinin əlində o qədər də iri olmayan bir dəstə çiçək görmüşdüm. Gözəlim çiçəklər gözlərimi çəkmişdi. Əsgər davamlı baxışlarımın çiçəklərdən üzülmədiyini duyunca gülümsəmişdi, doğmalıqla demişdi:

- Atamla qonşumuz Həsən əmi əsgərlik yoldaşı olub. SSRİ dağılmamış rus ordusunda xidmət ediblər. 20 Yanvar faciəsindən sonra hərbi xidmətdən yarımçıq gəliblər, xidmətlərini Azərbaycan Ordusunda davam etdiriblər. Atəşkəsə qadər döyüşənlərin sırasında olublar. Döyüşlərdə ikisi də yaralanıb. Atamın son nəfəsinə kimi Həsən əmiylə dostluğu davam etdi. Onların dostluğunu oğul sədaqətiylə Rafiqlə mən davam etdirirəm. Rafiq dörd il əvvəl Cocuq Mərcanlıda xidmət edib. Tərxis olunandan sonra da fikri-xəyalı xidmət etdiyi yerlərdən üzülmürdü. Həmişə deyirdi ki, Cocuq Mərcanlıdan Lələtəpəyə həsrətlə baxırdıq. Rafiqin xatirələri hərbi xidmətimin ilk aylarında bələdçim oldu. Yaxın vaxtlarda mən də tərxis olunacam. O vaxta kimi Ali Baş Komandanın döyüş əmri olarsa, Cıdır düzündən dərəcəyim çiçəkləri, mən tərxis edilənəcən döyüş əmri olmazsa, bu çiçəkləri dostum Rafiqə - atamın əsgərlik dostunun oğluna aparacam. Cıdır düzünün həsrətini hamımız çəkmişik. Dərəcəyim çiçəklər, dərdiyim bu çiçəklər Rafiqə Cıdır düzünün, Lələtəpənin xiffətini unutduracaq....

Bu kəlmələri ata adına oğul sədaqəti bilmişdim. Bu sədaqətin təkcə oğulun ataya sevgisi kimi deyil, həm də əsgərin zaman anlamında dünənin əsgərinə ehtiramı kimi yaşadılmasını arzulamışdım. Onda əsgər bayaqki qürurdan bəstə olmayan qürurla demişdi ki, Azərbaycan əsgəri belə bir sədaqətlə xidmət edir. Onlardan biri də mənəm...

Sağ əlim sağ çiyninə enən əsgərə bu boyda mətləbə minnətdarlığı ifadə edəsi söz tapa bilmədim...

İllər əsgər dostluğunun üstündən yel əsdirə bilməz. Əsgər dostluğunun kövrək duyğularla yaşadılması görənə könül xoşluğu verir. Bu dostluğun yaşarılığına, bəşəriliyinə həsəd aparılır; aqillərin "qardaş da dost olsa yaxşıdı" kəlamı həmişə fəzilətə çağırış olub...

Vaqif qəbul imtahanlarından o qədər də yüksək bal toplaya bilmədiyindən ödənişli təhsil ala bilərdi. Buna ailənin gücü çatmayacaqdı - atası şəhid olmuşdu, anasının maaşı dolanışıqlarına ancaq çatırdı. Restoranda ofisiant işləməyi qərara almışdı.
Restoranın sahibi - hamı ona Gəray bəy deyirdi - Vaqiflə söhbətləşəndə kimliyiylə də maraqlanmışdı.

- Atam şəhid olub, anam kitabxanada işləyir. Özümdən 2 yaş kiçik bacım var.

Vaqif nə qədər toxtaqlı danışmağa çalışsa da, səsində qəhər sezilirdi.

Restoranın sahibi hövsələsizliklə soruşmuşdu ki, atan harada döyüşüb, harada şəhid olub.

- Ağdərədə şəhid olub. Hamı ona Batya deyərmiş. Batyanın oğlu təhsil haqqına görə oxuya bilməyəcək, - Vaqif üzünü sahibkardan gizlətməyə çalışmışdı...

Nə Vaqif, nə də anası bilmədi ki, təhsil haqqını döyüşçü yoldaşlarının Batya çağırdığı dostu Gəray Səlimov - restoranın müdiri ödəyib; əsgər dostunun oğlunun ömür yoluna işıq salmağı o dostluğun mənəvi tələbi olub...

Neçə belə, buna bənzər xeyirxahlıq eşitmişəm... Əmin olmuşam ki, əsgər dostluğu zamanından, məkanından asılı olmayaraq həmişə müqəddəslik mərtəbəsində saxlanılıb. Bu kimi faktlar təsdiqləyir ki, əsgər dostluğu yaşarıdı, bəşəridi...

Əsgər dostluğu cəmiyyətə yaz yağışından sonra göy üzünə yayılan qövsi-qüzeh misallıdı, dan yeri sökülüncə çiçəklərin ləçəklərində alışan jalə, şəbnəm - şeh kimidi...

Müdafiə nazirinin əmriylə ordumuzda keçirilən "Açıq qapı" günündə Vətən sevgisinin işığında ata sevgisi də gördüm, qardaş mehri-ülfəti də gördüm, oğul duyumu, əsgər dəyanəti, təmkini gördüm. "Açıq qapı" günündə əsgər dostluğunun necə qürurla, həm də kövrəkliklə necə yaşadıldığını da gördüm. Həmin gün hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısında narahatlıqla var-gəl edənlər də vardı, bir tərəfə çəkilib xəyallarıyla baş-başa qalanlar da, təzə tanışıyla könül söhbəti edənlər də. Hamının bir azdan başlayacaq tədbirin sonluğunu arzuladığını sezmək çətin deyildi...

Qoşa qolları bir-birinin kürəyində çarpazlaşan orta yaşlı iki kişinin görüşü bəlkə də hamının diqqətini çəkmişdi. Bu bənzərsiz görüşdə mənim də ömrümün böyük bir hissəsi olmuş hərbi xidmətin əlamətlərini görürdüm. Kövrələn də vardı, təəssüflə köks ötürən də. Seyidi, Mahiri, İlqarı, Nağını, Etibarı, Şəmistanı, Qurbanı, Bəhramı, Firudini, Pənahı, Fəğanı, Nizamini... xatırladım...
Əllər əllərdəydi, üz-üzə dayanmışdılar. Nizamsız-mizansız süküt içində baxışlar kəlmələşirdi. Sövq-təbii onlara yaxınlaşdım. Həmid Qasımov Qazaxdan, Əli Əhmədov Masallıdan gəlibmiş. 1994-1996-cı illərdə eyni hərbi hissədə xidmət ediblər. İndi oğulları bu hərbi hissədə xidmət edirlər. 23 ildən sonra ilk dəfə görüşürlər.

- Təsadüfə minnətdaram ki, oğullarımız eyni hərbi hissədə xidmət edir, Müdafiə nazirinə minnətdaram ki, "Açıq qapı" günü keçirilir, taleyimə minnətdaram ki, bu gün sağlamlığım imkan verdi bura gələ bildim, - Həmid kişi belə dedi.

- Mən də sən fikirdəyəm, qardaş. 23 il əvvəl də beləydik, - Əli kişi belə dedi... "Ataların yolu oğulların yoludu" - deyənlər nə qədər haqlıymış", - dedim. Gülümsündülər. "Tədbirdən sonra oğullarımızı tanış edəcəyik" - dedilər. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən keçirilən "Acıq qapı" günü ataların dostluğunun davamı kimi yeni bir dostluğun - əsgər dostluğunun başlanğıcı olacaq...

... Əsgər dostluğu təsadüflə başlayır, sonralar ömrə, yaşantılara yazılacaq illərin urvatı olur. Dostluğu (həm də daha böyük həssaslıqla əsgər dostluğu!) yaşatmaq mənəvi dəyərlərdir...

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əsgər   Ordu   Azərbaycan  

"Əsgər dostluğu təsadüflə başlayır, sonralar ömrə, yaşantılara yazılacaq illərin urvatı olur"

2019/09/5542d-1568447159.jpg
Oxunub: 525     16:43     16 Sentyabr 2019    