Ordu.az xəbər verir ki, məktub “Joğovurd” qəzetinin əlinə keçib.
Vahaqn Muradyan baş verənləri təqdim etməklə yanaşı, əslində, bu mətubla sistemdəki mövcud vəziyyəti üzə çıxarmağa çalışır.
“Cənab Artur Davtyan, mənə qarşı olan şəxsi münasibətdən çıxış etməklə Xüsusilə Vacib İşlər üzrə İstintaqa Qarşı Nəzarət İdarəsi prokurorluğun maraqlarını bir kənara qoymaq və aradan qaldırmaq istəyir. Belə ki, mən məhkəmə yolu ilə hüquqlarımı bərpa edəcəyim təqdirdə həmin idarənin rəhbəri vəzifəsini tuta bilmərəm”, - deyə məktubda qeyd olunub.
Muradyan məktubda qeyd edib ki, Davtyan ona qarşı ittihamların həyata keçirilməsi üçün vəzifə səlaiyyətlərindən sui-istifadə edir.
Alpər Mövludoğlu
Ordu.az