Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyanın növbəti qapalı iclasından sonra komissiyanın sədri Andranik Köçəryan bildirib.
O vəd edib ki, onların hesbatları baş tutanda yeniliklər haqqında məlumat verəcək.
“Bəs bugünkü qonaq kim idi?” sualına Köçəryan cavab verməyib və yalnız bildirib ki, həmin şəxs cəbhə xəttindəndir.
“Söhbət Müdafiə Ordusundan (qanunsuz hərbi birləçmə-red.) gedir?” sualına o, “Söhbət Silahlı Qüvvələrdən gedir” cavabını verib.
“Nə üçün hər zaman ən yüksəyini axtarırsınız? Hər şey həm yuxarıda, həm də aşağıda var. Bütün bunlarda daha aşağıda dayananlar çox vacibdir. Yəni döyüş zamanı fərqlənmiş əsgərlər, həmçinin hərbçilər olduqca vacibdir və anlamalıyıq ki, apreldə nə baş verib”, - deyə Köçəryan qeyd edib.
O bildirib ki, dəvət olunmuş şəxs aprel döyüşlərində birbaşa iştirak edib.
Köçəryana Ermənistan MN-də vəzifəsindən azad olunacaq şəxslər barədə də sual ünvanlanıb.
Komissiya sədri isə cavabında qeyd edib ki, onlar dəvət olunmuş şəxs tərəfindən çox vacib məlumatlar alıblar və bu məlumat onlarda gərgin təəssürat yaradıb. Daha sonra dəqiqləşdirilib ki, söhbət cəbhə xəttində olan vəziyyətdən gedir.
Alpər Mövludoğlu
Ordu.az