Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Gorus sakininin idarə etdiyi avtomobillə Ermənistan Müdafiə Nazirliyinə aid avtomobil toqquşub.
Saat 09:00 radələrində İrəvan-Meğri avtomobil yolunun 141.5 km hissəsində Gorus şəhər sakini, 34 yaşlı B. Qarikin idarə etdiyi “Mitsubishi” markalı “108 AF 61” nömrəli avtomobillə Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətli hərbi qulluqçusu, 20 yaşlı M. Vahenin idarə etdiyi “Kamaz” markalı “ՊՆ 8161 Շ” nömrəli avtomobil toqquşub.
Məlumatlara görə, hadisə nəticəsində “Mitsubishi” markalı avtomobilin sərnişini, İrəvan şəhər sakini, 20 yaşlı E. Qaqik ayağından zədə alıb.
Faktla bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az