Hərbi hissədə mədəni-kütləvi tədbir keçirilib - VİDEO(FOTOLAR)

2019/09/6ce7e-1568390211.jpg
Oxunub: 400     18:05     13 Sentyabr 2019    
Müdafiə Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə cəbhəboyu zonada yerləşən hərbi hissədə mədəni-kütləvi tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Çıxış edənlər ordu sıralarında xidmət edənlərin asudə vaxtının səmərəli təşkili, eləcə də bu növ tədbirlərin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərdiyini bildiriblər.
Sonra mədəni-kütləvi tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivi əsgərlər qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib.

Sonda tədbirin təşkilində fəal iştirak edənlərə hərbi hissə komandiri adından fəxri fərmanlar təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Müdafiə-Nazirliyi   Hərbi-hissə  

Hərbi hissədə mədəni-kütləvi tədbir keçirilib - VİDEO(FOTOLAR)

2019/09/6ce7e-1568390211.jpg
Oxunub: 403     18:05     13 Sentyabr 2019    