Ordu.az ermi KİV-lərinə istinadən xəbər verir ki, bu gün İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Mesrop Makyanın sədrliyi ilə 2015-ci il noyabrın 25-də Nork-Maraşda zərərsizləşdirilmiş silahlı qrupun rəhbəri Artur Vardanyanın vəkillərinin vasitəçiliyi və 1 milyon erməni dramı girov qarşılığında qeyd edilən şəxsin sərbəst buraxılması ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, iş üzrə təxminən 20 şübhəli şəxsdən yalnız Vardanyan hazırda həbsdədir. İttiham edilən şəxslərin əksəriyyəti 2018-ci ilin yayında - hakimiyyət dəyişikliyi dövründə sərbəst buraxılıb.
Alpər Mövludoğlu
Ordu.az