Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu reallaşdırdığı iqtisadi layihələrin pulunu Misir hökumətindən ala bilməyən iş adamı Məhəmməd Əli hərbi çevrilişlə hakimiyyətə gələn Prezident Əbdülfəttah əs-Sisi və generallar barəsində iddialar səsləndirərkən deyib.
İş adamı həbs olunmamaq üçün qaçdığı İspaniyadan video paylaşaraq Sisiyə qarşı bir sıra ittihamlar irəli sürüb.
O iddia edib ki, generallar özləri üçün villalar, prezident Əbdülfəttah əs-Sisi üçün saraylar tikdiriblər.
"Onlar bunu vergidən oğurladıqları milyonlarla dollarla ediblər", - deyə Məhəmməd Əli bildirib.
Sevinc Əliyeva
Ordu.az