21 yaşlı N. Armen öz evlərinin yanındakı tövlənin damının dirəyindən özünü iplə asaraq intihar edib. Hadisə ilə bağlı əlavə detallar əldə etmək üçün erməni KİV-ləri Qandzakar cəmiyyətinin rəhbəri Vardqes Dovlatbekyan ilə həmsöhbət olub.
Dovlatbekyan bildirib ki, 21 yaşlı Armen müddətli hərbi xidmətdən sonra müqaviləli hərbi qulluqçu kimi xidmət etməyə davam edib.
"Çox yaxşı, ağıllı oğlan idi. Ailəsi heyvandarlıqla məşğuldur, çox ağıllı, işləyən insanlardır",- deyə o qeyd edib.
Bələdiyyə sədrinin sözlərinə görə, 21 yaşlı Armenin evlərinin yaxınlığında yerləşən tövlədə asılmış cəsədini onun qardaşı tapıb.
"Armen evin kiçik oğlu idi, iki bacısı və qardaşı var idi. Bütün kənd təəccüb içərisindədir ki, bu addımı atmağa onu nə vadar edə bilər. Məlum deyil", - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az