Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, çərşənbə günü parlametə sual-cavaba gəlmiş Paşinyanın təhkükəsizlik işçilərindən nə üçün artıq kürək çantası daşımadıqları soruşulub.
Onlar cavab veriblər ki, kürək çantası etibarlı yerdədir.
“Arman Babacanyanın yanında?” sulına isə onlar “Yox!” şəkildə cavab veriblər.
Paşinyanın təhlükəsizlik işçiləri jurnalistlərin “İnqilabımızın kürək çantası haradadır” sualına “No koment” deyərək gediblər.
Arman Babacanyan tribunaya yaxınlaşarkən “Mənim addımım” fraksiyasının nümayəndəsi, vəkil Nikolay Bağdasaryana sual verib ki, sizin kürək çantalarınız var? O isə “Yox” cavabını verib.
“Nəticə çıxarmadınız?” sualına o, yenidən “Yox” cavabını verib.
Jurnalistin “Nəticə məsələsində kömək edim?” sulına isə Bağdasaryan bu cür cavab verib: “Yox, yox...istəmirəm, təşəkkür edirəm”.
Alpər Mövludoğlu
Ordu.az