“Ermənistan prezidenti KQB agentidir” – AÇIQ MƏKTUB (DETALLAR)

2019/09/l-DkR-1568360148.jpg
Oxunub: 2767     12:48     14 Sentyabr 2019    
Ermənistan prezidenti Armen Sarkisyan sabiq prezident Serj Sarkisyanla cinayət ortaqlığında ittiham edilir. Hətta onun KQB agenti olması iddia edilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın “Yerkir Tsirani” partiyasının rəhbəri Zaruhi Postancyan bu barədə hüquq mühafizə orqanlarına məktub ünvanlayıb.

Məktub Ermənistan prezidenti Armen Sarkisyana qarşı cinayət ittihamlarını əks etdirir.

Ancaq hüquq mühafizə orqanları tərəfindən Postancyanın məktubuna hər hansı münasibət bildirilməyib.

Postancyanın Ermənistan Baş prokurorluğuna, MTX direktoruna, Xüsusi İstintaq Xidmətinin rəisinə, Polis rəisinə ünvanladığı məktubundan bəzi məqamlar təqdim edilir.

Cinayət barədə bildiriş:

Ermənistan prezidenti vəzifəsini tutan Armen Sarkisyan tərəfindən hakimiyyətin ələ keçirilməsi, rəsmi saxtakarlığa yol vermə, diversiya, zərərvurma haqqında məlumatlar təqdim edilir.

Cinayət ittihamının təsviri;

1. Armen Sarkisyan tərəfindən rəsmi saxtakarlıq yolu ilə hakimiyyətin ələ keçirilməsi;

Ermənistanda uzun müddətdir ki, diktatura rejimi fəaliyyət göstərir. Hakimiyyət illərlə ayrı-ayrı şəxslər və partiyalar tərəfindən ələ keçirilib.

Serj Sarkisyan və Ermənistanın Respublikaçılar Partiyasının (ERP) təşəbbüsü ilə Armen Sarkisyan qanunsuz olaraq Ermənistan Respubikasının prezidenti vəzifəsinə gətirilib.

Sarkisyan və ERP tərəfindən hakimiyyətin birgə ələ keçirilməsi prosesi 2007-ci ilin 6 may tarixindən başlayıb və 2018-ci ilin 17 aprel tarixindək davam edib.
Serj Sarkisyan və ERP tərəfindən Ermənistanda hakimiyyətin ələ keçirilməsinə dair cinayət əməlləri davamlı xarakter daşıyaraq, 2015-ci ildə saxtalaşdırılmış Konstitusiya referendumu və 2017-ci ilin saxtalaşdırılmış parlament seçkiləri ilə davam edib.

2018-ci ilin 2 mart tarixində Armen Sarkisyan hakimiyyəti ələ keçirməklə Ermənistan prezidenti, Serj Sarkisyan isə 17 aprel tarixndə təkrarən hakimiyyəti ələ keçirməklə baş nazir oldu.

Saxtakarlıqla formalaşdırılan erməni parlamenti (2017), saxtakarlıqla qəbul edilən Ermənistan Konstitusiyasının (2015) müvafiq müddəlarının tələbləri nəzərə alınmadan, ERP tərəfindən Ermənistan prezidenti vəzifəsinə namizədliyi irəli sürülən Armen Sarkisyan tələb edilən sənədləri təqdim etmədən 2 mart 2018-ci ildə prezident oldu.

Armen Sarkisyan Böyük Britaniya vətəndaşlığından imtina etməsi və son 6 il ərzində yalnız Ermənistan vətəndaşı olmasına dair konstitusiya tələbinə əməl edilməsi baxımından şübhələrlə bağlı sənəd təqdim etmədi. Böyük Britaniyanın dövlət orqanı tərəfindən onun vətəndaşlıqdan mərhum edildiyini sübut edəcək sənəd nə erməni parlamentinə, nə də ictimaiyyətə təqdim edilməyib.

Bu sənədin olmaması Armen Sarkisyanın siyasi tələbi yerinə yetirmədiyinə dair şübhələri əsaslandırır.

Armen Sarkisyan beynəlxalq oliqarxiya nümayəndəsi olaraq, Serj Sarkisyan tərəfindən Böyük Britaniyada Ermənistan səfiri təyin olunmaqla, səfir fəaliyyəti ilə yanaşı, şəxsən digər fəaliyyətlə məşğul olaraq, 30.05.2002-ci ildən, 09.06.2015-ci ildə ləğv edilənədək “Eurasia House International” şirkətinə rəhbərlik edib. Bu fəaliyyəti müddətində B.Britaniya qanunvericiliyinin tələbinə uyğun olaraq, B.Britaniya hökumətinə müxtəlif növ hesabat-bəyannamələr sənədlər təqdim edib. Həmin hesabat-bəyannamələrdə B.Britaniya vətəndaşı və “Eurasia House International Company number 04451865” təşkilatının rəhbəri olduğunu qeyd edib.

Armen Sarkisyan qanunların tələbinə uyğun son 6 ildə yalnız Ermənistan vətəndaşı olmasına dair hər hansı sənəd təqdim etməyib. Yalnız 2011-ci ilin 2 dekabr tarixində B.Britaniya vətəndaşlığından imtina etməyi və həmin gündən yalnız Ermənistan vətəndaşı olması barədə şifahi məlumat verib. Prezident Armen Sarkisyanın bu iddiası, onun tərəfindən Birləşmiş Krallıq hökumətinə təqdim etdiyi rəsmi hesabatlarla ziddiyyət təşkil edir. Həmin hesabatlarda o, dəfələrlə qeyd edib ki, 20.05.2003-cü ildən 30.05.2014-cü ilədək Böyük Britaniya vətəndaşıdır.

Xüsusilə Sarkisyan 2011-ci ilin 2 dekabr tarixindən sonra Böyük Britaniya hökumətinə, o cümlədən 20.06.2012, 13.06.2013 və 1206.2014-cü il tarixlərində təqdim etdiyi hesabat sənədlərində Krallığın vətəndaşı olduğunu təsdiq edib. Bütün bunlar Armen Sarkisyanın rəsmi saxtakarlığa yol verdiyini sübut edir.

2. Armen Sarkisyan tərəfindən diversiya və zərərvurma cəhdi;

Şəxsən Armen Sarkisyan tərəfindən Böyük Britaniya vətəndaşlığının dayandırılması ilə bağlı sənədin təqdim edilməməsi və bu sənəd olmadan saxtalaşdırılmış Konstitusiya əsasında və saxtakarlıqla formalaşdırılan parlament tərəfindən onun Ermənistan prezidenti təyin edilməsi, Armen Sarkisyan və Serj Sarkisyan birgə cinayət əməkdaşlığı və daha öncəki əlaqələrindən xəbər verir.

Armen Sarkisyanın tərcümeyi halını nəzərdən keçirərkən məlum olur ki, bu şəxs sovet dövründə KQB-nin (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi – red.) agenti olmadan 1984-1985-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində ziyarətçi müəllim kimi dərs keçməyə gedə bilməzdi. Əlbəttə ki, Armen Sarkisyanın KQB agenti olması haqqında sübutu, lüstrasiya barədə qanun qəbul edildikdə əlçatan ola bilər. A.Sarkisyanın tərcümeyi halının SSRİ-dən 1 il müddətinə kapitalist ölkəsinə ziyarətçi müəllim kimi yollanmasına dair bu vacib məqam, artıq onun KQB ilə əlaqəli olmasına şübhələnməyə əsas verir. Onun sovet KQB-sində hansı vəzifəni tutub, hansı rütbəni daşıyıb və sovet illərində ziyarətçi müəllim adı altında Böyük Britaniyada hansı tapşırıqları icra etdiyi, KQB-nin arxivləri açıldıqdan sonra məlum olacaq.

Armen Sarkisyanın statusunda olan şəxslər, məsələn sovet Azərbaycanın KQB-si tərəfindən ələ alınan “Nərimanov” ləqəbli Serj Sarkisyan, SSRİ-nin süquta uğramasından sonra Ermənistanın icra hakimiyyəti rəhbərliyində peyda olmuş və yüksək vəzifələr tutub. Bu şəxslər öz qanunsuz fəaliyyətləri ilə hakimiyyəti ələ keçirərək, erməni xalqına və erməni dövlətçiliyinə böyük ziyan vurublar və vurmaqda davam edirlər.

Armen Sarkisyan beynəlxalq oliqarxiyanın maraqlarına xidmət edərək, planlaşdırılmış şəkildə Ermənistanın hakimiyyət sisteminə daxil olub. Onun Ermənistan hakimiyyət siteminə daxil olması Serj Sarkisyanın cinayət əməlləri hesabına mümkün olub. Armen Sarkisyanın hakimiyyət sisteminə daxil olması onun beynəlxalq oliqarxiya sistemi ilə sıx əlaqəsi və və Ermənistanın yeraltı sərvətlərinin onlar tərəfindən talan edilməsi istəkləri ilə bağlıdır. A.Sarkisyan bu məqsədlərə xidmət edərək, 10 milyard dollarla ölçülən yeraltı sərvətləri talan etməyi düşünür. Bunu həyata keçirmək üçün ona siyasi imkanlar və yüksək siyasi vəzifə tələb olunurdu, buna da nail olub. Bu vəzifənin əldə edilməsi üçün təyin edilən qiymət, yeraltı qızıl və gümüş sərvətləridir.

Armen Sarkisyanın Amulsar qızıl mədəninin talan edilməsi ilə bağlı şübhələr
illərlə KİV-lərdə yayılırdı.

O, Amulsar mədəninin istismarı ilə bağlı KİV-lərə verdiyi açıqlamalarında Böyük Britaniya vətəndaşlığından imtina etdiyinə dair yalan danışdığı kimi, sadəcə aldadıb.

Beləliklə, A.Sarkisyan “Şant” televiziyasına verdiyi müsahibəsində “Lydian” şirkəti ilə bağlı məsələlərə toxunarkən danışdığı yalanlardan birini ifadə edib. Sarkisyan ailəsinin bu şirkətlə heç bir əlaqəsinin olmadığını iddia edib. O, “Lydian” şirkəti və ya Amulsar mədəni ilə bağlı sonuncu dəfə 5 il əvvəl təmasının olduğunu qeyd edib. Bu şirkətlə hər hansı pay ortaqalığının olmadığını bildirib. O, bu şirkətlə pay sahiblərindən biri olan Cozef Uğuryan və Karine Qazinyan vasitəsilə tanış olduğunu, onların təklifi ilə məsləhət funksiyası daşıyan 8 nəfərdən ibarət məsləhətçilərdən biri olduğunu vurğulayıb.

Sarkisyanın bu şirkətlə necə əlaqəsi olduğunu, “Google” axtarış sistemi ilə yox, “Lydian” şirkətinin qeydiyyat sənədləri ilə tanış olmaqla bilmək mümkündür.
Armen Sarkisyan əlçatan mənbələrdə onun ailəsi və özü barədə məlumat olmadığını bilərək, şirkətlə əlaqəsini bu yolla inkar etməyə çalışıb.

“Lydian” şirkəti doktor Armen Sarkisyanın şirkətin direktorlar şurasının üzvü olaraq təyin edildiyini göstərir.

“Bildirilir ki, Ontario şəhəri 2013-cü il 25 mart tarxində qızıl mədəni tədqiqatları və inkişafı ilə məşğul olan “Lydian” şirkəti doktor Armen Sarkisyanın şirkətin direktoru təyin edildiyini bildirməyə məmnundur”, - deyə qeyd edilib. Şirkətin sədri Qordon Vayl doktor Sarkisyanın onlara qoşulduğunu bildirib.

Ontario şəhəri 2013-cü il 25 sentyabr tarxində qızıl mədəni tədqiqatları və inkişafı ilə məşğul olan “Lydian” şirkətinin yaydığı bəyanatda qeyd edilib ki, dövlət vəzifəsinə təyin ediləcəyinin gözlənilməsi ilə əlaqədar, doktor Armen Sarkisyan şirkətin qeyri-direktorlar şurasının sədri vəzifəsindən istefa verib.

Ontario şəhəri 2013-cü il 30 sentyabr tarxində qızıl mədəni tədqiqatları və inkişafı ilə məşğul olan “Lydian” şirkətinin yaydığı növbəti bəyanatda qeyd edilib ki, Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən Böyük Britaniyada səfir təyin edilməsi ilə bağlı doktor Armen Sarkisyan şirkətin direktorlar şurasının sədri vəzifəsindən istefa verib.

Daha sonra hələ mədəni istismar etmədən, doktor Sarkisyanın əməyinin nəticəsi olaraq Ermənitan hökuməti tərəfindən edilən hədiyyənin 100 mln dollar təşkil etdiyinin şahidi oluruq.

Armen Sarkisyanın xüsusi səlahiyyətə malik olaraq, səsvermə yolu ilə “Lydian” şirkətinin sərmayədarlarının iclaslarında və qərarların qəbul edilməsində iştirak etdiyi bildirilir.

Şirkətin Amulsar mədənindəki gözlənilən fəaliyyəti bütün ictimaiyyət arasında qalmaqala səbəb olub. Ekspertlərin rəyinə görə, mədənin istismarı təbii fəlakətə yol açacaq. Bu baxımdan Armen Sarkisyanın Amulsar mədəni ilə bağlı fəaliyyəti diversiya və zəzərvurmadır.

Armen Sarkisyanın beynəlxalq oliqarxiya nümayəndəsi olaraq, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva ilə də əlaqələri var.

Dariqa Nazarbayeva və Armen Sarkisyan müxtəlif birgə layihələr həyata keçirib və keçirməkdədir. Dariqa Nazarbayeva “Eurasia House International Company number 04451865” şirkətinin ilk təsis edildiyi gündən direktor kimi fəaliyyət göstərib.

Bununla da Ermənistan prezidentinin cinayət məsuliyyətinə cəlb edilməsinə dair müxtəlif faktlar ortaya qoyulur. O, Konstitusiya tələblərinin pozulmasında, hakimiyyətin ələ keçirilməsində, diktatura rejiminin tərkib hissəsi olmasında, qanunla tələb edilən üsullarla seçilməməsində, rəsmi sənəd saxtalaşdırmasında ittiham edilir.

“Yerkir Tsirani” partiyasının rəhbəri Zaruhi Postancyan, bütün bunları əsas götürərək, dərhal cinayət işinin açılması və Armen Sarkisyanın təqsirləndirilən şəxs qismində cəlb edilməsini tələb edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Armen-Sarkisyan   KKB   Agent  

“Ermənistan prezidenti KQB agentidir” – AÇIQ MƏKTUB (DETALLAR)

2019/09/l-DkR-1568360148.jpg
Oxunub: 2768     12:48     14 Sentyabr 2019    