Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İstintaq Komissiyasının iclasları və bundan sonrakı mümkün nəticələr Ermənistan Müdafiə Nazirliyində ciddi narahatlıqlar yaradıb və bir çox vəzifəli şəxslər çaşqınlıq içərisindədir.
Məlumata görə, Ermənistan MN-də artıq belə bir şayiələr var ki, İstintaq Komissiyası tərəfindən mümkün açıqlamaların edilməsi nəticəsində bir sıra şəxslər MN-də tutduğu vəzifəsindən azad olunacaqlar.
Alpər Mövludoğlu
Ordu.az