Rusiyalı ekspert Ermənistan-Rusiya münasibətlərini şərh edir – Paşinyan Moskvaya yalan danışır

2019/09/nikol-1568280338.jpg
Oxunub: 579     20:23     12 Sentyabr 2019    
“Lakin məsələ burasındadır ki, əvvəlkilər səmimi idilər, biz başa düşürdük. Başqa bir sual. Əvvəliklər bizə xoş gəlirdi? Biz onları dəstəkləyirdik? Biz əvvəl bilirdik ki, Ermənistan hakimiyyəti konkret nə düşünür, ancaq indi bilmirik”.

Ordu.az “Regnum” agentliyinin şərq şöbəsinin baş redaktoru, rusiyalı ekspert Stanislav Tarasovun “168.am” nəşrinə müsahibəsindən əsas hissələri təqdim edir:

Sual: Cənab Tarasov, son müsahibələrinizdən birində qeyd etmişdiniz ki, Moskva Paşinyanın hakimiyyətə gələcəyi barədə bilirdi. Nəyi nəzərdə tuturdunuz? Moskva Ermənistanda baş verəcək daxili-siyasi hadisələr haqqında əvvəlcədən necə xəbərdar ola bilərdi?”

Cavab: Ermənistan bizim strateji tərəfdaşımızdır, biz iqtisadi birlik çərçivəsində əməkdaşlıq edirik, bizim Gümrüdə hərbi bazamız var. Yəni, biz burada tamamilə yad deyilik. Obyektiv hadisələrə görə, Moskva həqiqətən də Ermənistanın Rusiyada etdiyi kimi Ermənistanda baş verən hadisələri dərindən izləməyə borclu idi. Təbii ki, səfirliyimiz, bir sıra nümayəndə heyətləri Ermənistanda konstitusiya islahatları prosesi başlayan zaman baş verən hadisələri hiss edirdlər. Təsadüfi deyil ki, Serj Sarkisyan və Vladimir Putin arasında baş tutan görüşlərdə Putin Sarkisyana bir neçə dəfə islahatlardan sonra Ermənistanda hökm sürən vəziyyət haqqında sual vermişdi. Paşinyanın İrəvan küçələrinə əvvəlcə 100.000 insan çıxarması gizlin deyil, elə deyil? Bu hadisələr bizim üçün də görünən idi. O da məlumdur ki, xaricdən maliyyəşdirilən QHT-lər Ermənistanda aktiv şəkildə işləyirdilər. Yəni, vəziyyət bizim üçün şəffaf idi və qabaqcadan proqnoz vermək çətin deyildi.

Sual: MDB ölkələrində dövlətlərarası axtarışda olan Ermənistanın sabiq Müdafiə naziri, general-leytenant Mikayel Harutyunyana qarşı elan edilmiş axtarış Rusiya ərazisində ləğv edilib. Bu, Rusiya tərəfindən əlaqələri kəskinləşdirən addım kimi qəbul edilir. Niyə?

Cavab: Xaçaturovun hekayəsini xatırlayın. Təkrar edirəm, söhbət tarixlə hesabların silinməsindən gedir. Moskva buna qarşıdır və özünü saxladığı kimi saxlayır. Əgər sənədlər aydın faktlarla, korrupsiya ittihamları ilə Moskvaya təqdim edilsəydi, onda hüquqi məsləhətləşmələr başlayar və məsələ müzakirə olunardı. Digər bir hal Şişkin hekayəsinin bizim üçün anlaşılmaz olmasıdır. Rusiya heç vaxt Ermənistanı aşağılamağa çalışmayıb, biz Ermənistanı hər zaman tərəfdaş hesab etmişik.

Sual: Şişkin işində sizin üçün anlaşılmaz olan nədir? Ermənistan Miqrasiya Xidmətinin bu qərarının əsasında siyasi motivlər görürsünüz?

Cavab: Düzünü desək, biz politoloquq, informasiya sahəsində aktiv iştirak edirik, Şişkin haqqında isə erməni KİV-lərindən məlumat aldıq ki, o, kimdir və nə ilə məşğuldur. Ermənilərin özlərini bu cür aparması qəribədir. Məsələ Şişkin deyil, Allah xatirinə, istəyirsiz ona sığınacaq verin... Sarkisyan Paşinyandan bilirsiz nə ilə fərqlənirdi? Sarkisyan Moskvaya düzünü deyirdi, biz Sarkisyanı müdafiə etmirik, biz Köçəryanın lehinə çıxış etmirik, bunlar sizin daxili problemlərinizdir. Lakin məsələ burasındadır ki, əvvəlkilər səmimi idilər, biz başa düşürdük. Başqa bir sual. Əvvəliklər bizə xoş gəlirdi? Biz onları dəstəkləyirdik? Biz əvvəl bilirdik ki, Ermənistan hakimiyyəti konkret nə düşünür, ancaq indi bilmirik.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-Rusiya   Böhran  

Rusiyalı ekspert Ermənistan-Rusiya münasibətlərini şərh edir – Paşinyan Moskvaya yalan danışır

2019/09/nikol-1568280338.jpg
Oxunub: 580     20:23     12 Sentyabr 2019    