Ordu.az xəbər verir ki, bu barədə AzərTAc-a Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, qondarma “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur.
Məlumatda deyilir: “Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq aləmin tanıdığı sərhədlər çərçivəsində həllini tapmalıdır”.
Ordu.az