Putinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni təyinatı

2019/05/49549-6229275648.jpg
Oxunub: 832     15:39     12 Sentyabr 2019    
Ötən gün Rusiya prezidenti Vladimir Putin Qriqori Karasinin Rusiya Xarici İşlər nazirinin müavini və dövlət katibi vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Digər bir sərəncamla o, Yevgeni İvanovu Karasinin yerinə - Rusiya XİN müavini və dövlət katibi təyin edib.

Karasin təqad yaşına -70 yaşına çatdığı üçün vəzifəsindən azad edilib. Rusiya Xarici İşlər Nazirliyindəki bu dəyişiklik Qarabağ məsələsinin Karasinin statusunda olduğuna görə olduqca maraqlıdır.

“Kommersant” nəşri bununla bağlı cari iyul ayında yazı dərc edərək, Karasinin əvəzinə ən çox İvan Volinkinin təyin olunacağı ehtmalından bəhs edirdi.

Volınkinin Rusiyanın Ermənistandakı səfiri işlədiyi zamanlarda oynadığı rolu nəzərə alaraq, onun təyin olunması Ermənistan üçün kifayət qədər arzuolunmaz idi.

Volinkin bu vəzifəyə 2013-cü ildə təyin edilmişdi. Praktiki olaraq, həmin dövrdə Serj Sarkisyana həm xarici, həm də daxili təzyiqlərlə müşayiət olunan Ermənistanın Avropa İttifaqından qopması və Avrasiya İttifaqına doğru istiqamətlənməsi prosesi həlledici və yekun mərhələyə qədəm qoymuşdu.

Daxili təzyiq prosesinin əlaqələndirilməsinin həlledici mərhələsini həyata keçirmək missiyası işlədiyi dövrdə Ermənistana qarşı səs-küylü açıqlamaları ilə yadda qalan Volınkinin üzərində idi.

Qeyd etmək lazımdır ki, “Kommersant”ın iki ay əvvəl verdiyi proqnozun əksinə olaraq, Ermənistan üçün arzuolunmaz bir şəxsin təyin edilməsindən əslində “yan keçilib”.

İvanov vəzifədə olan Karasin kimi Qarabağla məşğul olacaqmı?

İşlədiyi dövrün son aylarında artıq Rusiya Xarici İşlər nazirinin keçmiş müavini və dövlət katibi İrəvanda 2019-cu ilin yazında, beynəlxalq birliyin və Minsk Qrupu həmsədrlərinin Qarabağ məsələsində müharibəyə yol verməməsi mövzusunda konsensusa sahib olduqları barədə açıqlama verməsi ilə gözə çarpıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Putin   Qarabağ  

Putinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni təyinatı

2019/05/49549-6229275648.jpg
Oxunub: 835     15:39     12 Sentyabr 2019    