Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi şərhçi Armen Badalyan bildirib.
Badalyanın sözlərinə görə, “Sasna Tsrer”in Ermənistandakı siyasi mübarizədə yenidən silahla iştirak etməsi fikri yanlışdır.
“Çünki silah məsələsinə gəlsək, Paşinyanın daha çox silah sayı var və onlara yardım üçün çağırış etməyə ehtiyacı yoxdur. Təkrar edirəm, görüşün əsas məqsədi Jirayr Sefilyanın nə etməsindən asılı olmayaraq Qarabağ (qondarma qurum-red.) “seçkiləri”dir”, - deyə siyasi şərhçi bildirib.
O qeyd edib ki, “Sasna Tsrer”in Qarabağın (qondarma qurum-red.) hazırkı “rəhbərləri”nə qarşı kifayət qədər mənfi münasibəti var və istisna edilmir ki, onlar da bu ümumi fəaliyyətdə rola malik ola bilərlər.
Siyasi texnoloq onu da əlavə edib ki, Paşinyan və Sefilyanın görüşləri yaxın gələcəkdə daha intensiv xarakter daşıyacaq, çünki “seçkilərə” çox az zaman qalıb, bu müddət ərzində isə “Sasna Tsrer” Qarabağda çox şey etməlidir.
Alpər Mövludoğlu
Ordu.az