Ermənistanda yeni bahalaşma gözlənilir

2019/09/85036-1567848699.jpg
Oxunub: 481     20:28     18 Sentyabr 2019    
“Cəmiyyət Paşinyanın hakimiyyət dəyişikliyindən sonra vəd etdiyi ucuzluğu hələ də görməyib. Bunun əvəzinə istehlakçıların yaxın zamanda qarşılaşacağı yeni bahalaşmalar gözlənilir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni iqtisadçı Hakop Köçəryan bildirib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəlməzdən əvvəl bildirirdi ki, Ermənistanda qiymətlər yüksəkdir, çünki rəqabət yoxdur. Oliqarxlar bazarları bölüşdürüb və qiymətlərin enməsinə nəinki icazə vermirlər, həm də əsassız olaraq yüksək qiymətlər təyin edirlər.

O qeyd edir ki, hakimiyyət dəyişikliyindən sonra inhisarçılığın sanki “kökü kəsildi”, ədalətli rəqabət quruldu, iştirakçılar artdı, amma qiymətlər azalmadı. Köçəryan Ermənistanda qiymətlərin yenə də yüksək olmasını və hələ yüksəlməyə davam etdiyini vurğulayır.

“Yeni tarif ili yaxınlaşdıqca, kommunal xidmətlərin tariflərinə yenidən baxılması prosesi tədricən başlayır. Bu istiqamətdə ilk olaraq “Veoliya Cur” (Veoliya Su) şirkəti addım atıb. Artıq bu şirkət satış qiymətinin dəqiqləşdirilməsi və növbəti il üçün qiymətlərin müəyyənləşdirilməsinə görə tarif şurasına müraciət edib. Bağlanılan müqaviləyə əsasən şirkət hər il belə bir təşəbbüslə çıxış etmək hüquqna malikdir və bundan yararlanır. Bu dəfə şirkət əhaliyə içməli su təchizatı və kanalizasiya xidmətlərinin qiymətini hər kub metrə 181,8 dram səviyyəsində təyin etməyi təklif edib. Bu, anoliji qrup istehlakçı üçün mövcud tarifdən 1,8 dram çoxdur”, - deyə Köçəryan qeyd edib.

Köçəryan bildirib ki,tariflərin kəskin artması məsələsi 2022-ci ildən etibarən yenidən aktuallaşacaq və heç nə dəyişməzsə, istehlakçılar qiymət artımının təsirini daha çox hiss edəcəklər.

Erməni iqtisadçı Ermənistanda qazın da qiyməti qalxa biləcəyini ehtimal edir.

“Hazırda hökumət nəfəslərini çəkib saxlamaqla, Rusiya prezidentinin oktyabr ayında İrəvana səfəri ərəfəsində baş verəcəkləri gözləyirlər. Bu zaman yaxın bir neçə ildə Ermənistana satılan Rusiya qazının qiymətinin açıqlanacağı gözlənilir. Əlbəttə ki, bu barədə hələ danışılmır, amma hər şey qaz idxalı qiymətinin artmağa davam edəcəyinə gətirib çıxarır. Məlum olduğu kimi, bu ilin əvvəlində qiymət artıq 10% artaraq 150 dollardan 165 dollara yüksəldib. Bu dəyişiklikdən sonra təbii ki, daxili tariflərə yenidən baxılmağın qarşısı alına bilindi, lakin bunun necə edildiyi bəlli olmadı. Əgər “Qazprom Ermənistan” belə bir fürsətə imkanı vardısa, niyə əvvəllər də bunu tarifin azaldılmasına yönləndirmirdi? Bu sualın cavabı müxtəlif fərziyyələrə və şərhlərə əsas verərək açıq qalmaqdadır”, - deyə Köçəryan qeyd edib.

Ermənistanda növbəti tarif ili yekunlaşmaq üzrədir və qaz idxalının qiymətini müəyyənləşdirmək üçün az vaxtları qalıb.

Köçəryanın sözlərinə görə, qaz idxalı ilə bağlı əvvəlki üçillik müqavilənin müddəti keçən il başa çatsa da, hələ yeni müqavilə imzalanmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Ermənistanda yeni bahalaşma gözlənilir

2019/09/85036-1567848699.jpg
Oxunub: 482     20:28     18 Sentyabr 2019    