Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan Rusiya prezidenti Vladimir Putinin oktyabrın 1-də Avrasiya İqtisadi Birliyinin Ali İqtisadi Şurasında iştirak etmək məqsədilə Ermənistana gələcəyini deyib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Şavarşın bu vədinə baxmayaraq Rusiya səfirliyi səfərlə bağlı hər hansı konkret məlumata malik deyil.
Məlumata görə, səfirlik səfərin təşkil edilməsi ilə bağlı hələki heç bir tədbir görməyib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Putin
Ermənistan