Ordu.az xəbər verir ki, bu sözləri erməni ictimai, siyasi xadim Karen Bekaryan öz "Facebook" səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və "Sasna Tsrer" partiyası (daha öncə silahlı qruplaşma-red.) nümayəndələrinin görüşünə münaibət bildirərkən yazıb.
"Nikol Paşinyan Sasna Tsrerlə dünənki görüşlə çooox təhlükəli böyük oyuna başladı. Ermənistan üçün təhlükəli. Artıq indi Artur Vanetsyan, Davit Tonoyan və Zohrab Mnatsakanyandan - bu ölkənin dövlət xadimlərindən çox şey asılı olacaq. Allah ölkəmizi qorusun".
Xatırladaq ki, dünən Nikol Paşinyan və "Sasna Tsrer"in rəhbər heyəti arasında görüş baş tutub.
Alpər Mövludoğlu
Ordu.az