Erməni jurnalistlər: “Paşinyanın terrorçularla hansı ümumi gündəmi var?”

2019/09/colla-1567755482.jpg
Oxunub: 32118     15:56     06 Sentyabr 2019    
Dünən Paşinyan Ermənistanın hökumət binasında “Sasna Tsrer” partiyasının üzvləri Qareqin Çuqaszyan və Jirayr Sefilyanla görüş keçirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş nazirinin sözçüsü Vladimir Karapetyan da təsdiqləyib.

O, görüşdə iştirak etmədiyini, ancaq görüş zamanı ikitərəfli maraq doğuran məsələlərin müzakirə edildiyini bildirib.

“Baş nazirin terrorçularla hansı ümumi gündəmi var?”, - deyə erməni mətbuatı və sosial şəbəkə istifadəçiləri ritorik sual səsləndirib.

Karapetyan tənqidlərə toxunaraq qeyd edib ki, Respublikaçılar partiyası qoy əvvəlcə öz etdiklərinə tərif tapsın, sonra başqalarına tərif versin.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Terror   Paşinyan  


Bizi "telegram"da izləyin