Şəhidlərin xatirə abidəsinin açılışı olub - VİDEO (FOTOLAR)

2019/09/426a0-3135204584.jpg
Oxunub: 1316     17:03     04 Sentyabr 2019    
Beyləqan rayonunun Qəhramanlı kəndində bölgənin müdafiəsində dayanan Azərbaycan Ordusu hərbçilərinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinə abidə ucaldılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlunata görə, abidənin açılış mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Beyləqan və Xocavənd rayon icra hakimiyyətinin rəhbərliyi, hərbi birliyin komandanlığı, müharibə veteranları, ictimaiyyət və şəhid ailələrinin nümayəndələri iştirak ediblər.

Təntənəli mərasimi Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani açaraq bildirib ki, Vətən uğrunda canından keçən oğulların xatirəsi həmişə əziz tutulur. Möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan gənclərinin respublika toplantısında demişdi: “Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır”.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

General-mayor Mayis Bərxudarov, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Böyük Vətən müharibəsi veteranı Yusif Mərdanov, şəhid Orxan Quliyevin anası Minayə xanım Quliyeva və başqaları çıxış edərək dövlətimizin başçısına, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Hərbçilərin bu vətənpərvər və xeyirxah təşəbbüsü yüksək qiymətləndirilib.

Abidənin qarşısına əklillər və gül dəstələri düzülüb, şəhidlər ehtiramla yad edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Adibə   Şəhidlər  

Şəhidlərin xatirə abidəsinin açılışı olub - VİDEO (FOTOLAR)

2019/09/426a0-3135204584.jpg
Oxunub: 1317     17:03     04 Sentyabr 2019    