Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan SQ Baş Qərargah rəisi Artak Davtyan deyib.
Davtyan Ermənistan Müdafiə naziri ilə arasındakı əlaqələrin yaxşı olmamasıyla bağlı yayılan xəbərləri təkzib edib.
“Heç bir məsələdə gərginlik yoxdur. İş qaydası var. Hər bir qərar həyata keçirilməzdən əvvəl hər kəs öz baxışını və təkliflərini təqdim edir. Qəbul olunduqdan sonra hər birimiz qəbul olunmuş qərarı həyata keçiririk. Hər hansı məsələ ətrafında fikir ayrılığımız yoxdur”,- deyə o qeyd edib.
Davtyan bildirib ki, Ermənistanın bütün Baş Qərargah rəisləri həyatının sonuna qədər xidmət etməyib.
“Qanunla nəzərdə tutulmuş müddətlər var, bununla da işləyirik. Nə zaman məni çıxarsalar və ya mən çıxsam bu, baş verə bilər. Təbii ki, Onik Qasparyan birinci müavindir və təyin oluna bilər”, - deyə Davatyan bildirib.
Xatırladaq ki, Ermənistan SQ Baş Qərargah rəisinin müavini Onik Qasparyanın Baş Qərargah rəisi təyin oluması ilə bağlı şayiələr gəzir.
Ermənistanın sabiq Müdafiə naziri Vağarşak Harutyunyanın sistemə qayıtması ilə bağlı verilən suala cavabında Davtyan qeyd edib ki, bu barədə məlumatı yoxdur və Harutyunyanı sistemə qaytaracaq şəxs o deyil.
Alpər Mövludoğlu
Ordu.az