Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Tiqran Köçəryan deyib.
Köçəryan bu variantla Rusiyadan “intiqam almağı” gülməli hesab edir.
“Əgər hökumətimiz bu cür yolla Mihran Poğosyanın “qisasının alınması”na qərar veribsə, bu, sadəcə gülüncdür. Kateqoriyalar tamamilə fərqlidir: Şişkin milliyətçidir və vaxtilə Rusiyada anti-erməni çıxışlar edib. Necə oldu ki, o, hüquq müdafiəçisinə və təqib olunan şəxsə çevirildi, bu da çox təəccüblüdür”, - deyə politoloq bildirib.
Köçəryanın sözlərinə görə, Vitali Şişkinə Ermənistanda siyasi sığınacaq verilməsi siyasi nəticələr verə bilər.
“Bildiyim qədərilə, Şişkin deyib ki, Ermənistanda qalmaq istəmir və fikri Avropaya getməkdir. Paşinyan “siyasi bomj”lara sığınacaq verməklə Rusiyanın bizimlə münasibətlərini pisləşdirir. O, bu qərarı qəbul edənlərin ya qulağını çəkməlidir, ya da özü həmin qərarı qəbul edib. Paşinyan qoy qərarı qəbul etməzdən əvvəl oxusun ki, Mihran Poğosyanla kimi dəyişdirmək istəyirlər”, - deyə o sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az