Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Şirak vilayətinin prokuroru Karen Qabrielyan məlumat verib.
Hərbi bazanın hərbi qulluqçusu Andrey Razqeldeyev Culietta Qukasyanı döyərək öldürməkdə ittiham edilir. Razqeldeyevə qarşı Ermənistan Cinayət Məcəlləsinin 112-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olma) cinayət işi açılıb.
Qeyd edək ki, zərərçəkmiş şəxsin hüquqlarını müdafiə edən nümayəndə Razqeldeyevin saxlanıldığı yerlə bağlı mübahisə edib, onun hərbi bazadan Ermənistan cəzaçəkmə müəssisələrindən hər hansı birinə köçürülməsini tələb edib. Məhkəmə isə zərərçəkmiş şəxsin nümayəndəsinin bu vəsatətini rədd edib.
Məhkəmə prosesi sentyabrın 6-da keçiriləcək.
Xatırladaq ki, 57 yaşlı Culietta Qukasyan 2018-ci il dekabrın 2-də Gümrü şəhərinin Slabotka məhəlləsində rus hərbi qulluqçu tərəfindən döyülərək öldürülüb. İttiham edilən şəxs Gümrüdə yerləşən 102-ci rus hərbi bazasının hərbi qulluqçusudur.
Alpər Mövludoğlu
Ordu.az