Ordu.az xəbər verir ki, bu sözləri Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O qeyd edib ki, Paşinyanın silahdaşları, daha da irəli gedərək, artıq Ermənistanın ABŞ və Avropadan da betər, “demokratiyanın dayağı” olduğunu bəyan etdilər.
“Əlbəttə, Ermənistanda demokratiya haqqında bu kimi absurd bəyanatları ən yaxşı halda daxildə günbəgün artan, reallıq hissini itirməmiş yüz minlərlə insanda səxavətli və şəfqətli bir təbəssüm yarada bilərdi. Ancaq xaricdə buna qarşı baş verən münasibətlər haqqında danışmasam yaxşıdır”, - deyə sabiq hakimiyyət nümayəndəsi qeyd edib.
Aşotyan vurğulayıb ki, bu zəhərli fikir yalnız Paşinyanın müsahibələrində, rəsmi bəyanatlarında yox, həmçinin ona iki ən yaxın ictimai təşkilata qondarma qurumda baş tutacaq yerli “seçkilər”ə ezam olunması üçün dövlət büdcəsindən vəsait ayrılması ilə də ifadə edilib. Halbuki, qondarma qurumun “seçki komissiyası” seçkidə iştirak etmək üçün bu təşkilatlara dəvət göndərməyib.
“Nikol, Qarabağa nəyi ixrac etmək istəyirsən? Cib Milli Məclisini, kəmsavad hökuməti, məhkəmələrə edilən təzyiqləri, nifrət və dözümsüzlük təbliğatını, əlində oyuncağa çevirdiyin hüquq mühafizə sistemini, siyasi rəqiblərinə qarşı təzyiqləri və həbsləri ixrac etmək istəyirsən?”, - deyə partiya nümayəndəsi qeyd edib.
Aşotyan bildirib ki, Paşinyan vəzifədə olmağının 500 günlüyü müddətində nəhəng ehtiyat olan xalq dəstəyini alaraq, amansızcasına siyasi sistemin bütün fəaliyyət qaydalarını pozaraq, böyük bir zənginliyi insanların etimadını istismar edib.
“Təəssüf ki, Ermənistan əlinizdə demokratiyanın dayağı deyil, bundan irəli gələn bütün toksik, zəhərli və fəlakətli nəticələri ilə bərabər demokratiyanın zibil gölməçəsinə çevrildi”, - deyə Aşotyan öz səhifəsində qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az