Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmulyan bildirib.
Onun sözlərinə görə Rusiya Ermənistana qarşı hibrid müharibəsi elan edib.
“Müharibə informasiya müharibəsi ilə başlayır. Koçaryan isə bu hadisədə təsir agentdir. Onun suyunu rus meyilli qüvvələr toplamalıdır. Putin üçün ən anlaşılan təsvir o olduğuna görə, məhz Koçaryan bu rola seçilib. Başqa sözlə desək, rus tərəfi üçün müqəvva lazımdır, bu halda isə Koçaryan müqəvva rolunu oynayır”, - deyə Xzmulyan bildirib.
Xzmulyan düşünür ki, bu hibrid müharibə öz töhfələrini verməkdədir.
“Bu töhfələrdən biri kimi Paşinyanın Polşaya səfərə getməkdən imtina etməsini hesab etmək olar”, - deyə partiya sədri qeyd edib.
Onun fikrincə, Ermənistanda Rusiya dövlət kanallarının yayımının kəskin şəkildə məhdudlaşdırılmasına və qadağan olunmasına zərurət var.
“Ermənistanda Rusiya kanallarının yayımını yalnız, Rusiyanın Ermənistana qarşı hibrid müharibə elan etdiyi səbəbindən qadağan etmək lazımdır”, - deyə Xzmulyan vurğulayıb.
İrəvan Mətbuat Klubunun sədri Boris Navasardyan da rus kanallarının Köçəryansayağı verilişlər yayımlaması məsələsinə toxunarkən qeyd edib ki, Ermənistan hakimiyyətinin bir çox sahələrədə güzəştə getməsinə nail olmaq üçün Rusiya bu yolla psixoloji təsir etmək istəyir.
“Koçaryanın işi ilə bağlı həm Ermənistanda, həm də Rusiyada məhkəmə və istintaq orqanlarına daha çox təsir etmək niyyətində olan şəxslər var”, - deyə Navasardyan bildirib.
Onun fikrincə, Ermənistan bu psixoloji təzyiqlərə əhəmiyyət vermədiyini və bu psixoloji təzyiqlərin siyasi fəaliyyət kursuna təsir etmədiyini siyasi səviyyədə göstərməli və sübut etməlidir.
“Biz nə qədər güzəştə getsək, bir o qədər deyə bilərik ki, təzyiqin gücü artacaq”, - deyə Navasardyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az