ATƏT Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçirib - YENİLƏNİB (FOTOLAR)
Oxunub: 11485
10:33
04 Sentyabr 2019
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 4-də Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçirilib.
Ordu.az Qərb bürosunun məlumatına görə, monitorinq qrupu Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində yoxlama keçirib.
Nümayəndə heyəti Tovuz rayon İcra Hakimiyyətində olub, rayon rəhbəri ilə mövcud vəziyyətlə bağlı müzakirələr aparıblar.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirib.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster keçirib.