Ağstafada 29 ədəd “Qrad” raketi aşkar olunub

2019/09/45645-1567516905.jpg
Oxunub: 26251     17:21     03 Sentyabr 2019    
Ağstafa rayonunda 29 ədəd “Qrad” raketi aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Ordu.az-a verilən məlumata görə, sentyabr 3-də saat 10:38-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, 33-cü məhəllə ərazisində 7-8 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, DİN-in və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Ağstafa rayon şöbələrinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Ağstafa rayon Polis şöbəsinin və Təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib.Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 29 ədəd 122 mm-lik “Qrad” raketi (9M22U) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağstafa   Qrad  


Bizi "telegram"da izləyin