Ordu.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakmiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.
Onun sözlərinə görə, heykəl Nərimanov rayonunda milli qəhrəmanın adını daşıyan küçədə ucaldılır.
“Hazırda heykəlin quraşdırılma işləri gedir", - deyə İsrafil Kərimov deyib.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxtımızda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişdi.
Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində anadan olub. O, 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Ordu.az