Ermənistan Səhiyyə naziri konfransı yarımçıq tərk etdi: “Sən hərbi xidmətdən yayınmısan” (VİDEO)

2019/09/456-1567504885.jpg
Oxunub: 31581     14:02     03 Sentyabr 2019    
“Nazir hərbi xidmətdən yayınıb, çünki onun sağlamlıq problemlərinin olduğu qeyd olunub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Səhiyyə naziri Arsen Torosyanın bugünkü mətbuat konfransı zamanı hematoloq Gevorq Tamamyan deyib.

Tamamyan mətbuat konfransı zamanı nazirə sual verməyə çalışıb, lakin Torosyan bildirib ki, onunla danışmaq istəmir və konfransı yarımçıq qoyub.


Nazirin əvəzinə Tamamyan danışıb və qeyd edib ki, Torosyan hərbi xidmətdən yayınıb, buna səbəb onun sağlamlıq problemlərinin olduğu bildirilib.

“Əgər xəstə adam orduda “piser” ola bilmirsə, o zaman Səhiyyə naziri necə ola bilər?”, - deyə Tamamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin