Cinsi zorakılığa məruz qalmış erməni əsgərin işi ilə bağlı yeni FAKTLAR

2019/09/top-4-1567497304.jpg
Oxunub: 602     16:46     03 Sentyabr 2019    
Azərbaycanın işğal olunmuş Ağdərə rayonunda yerləşən Ermənistan ordusunun "N" saylı hərbi hissəsinin zorakılığa məruz qalmış əsgərinin tibbi müayinləri nəticəsində məsələ ilə bağlı yeni detallar ortaya çıxıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə zorakılığa məruz qalmış əsgərin maraqlarını müdafiə edən Hayarpi Sarkisyan məlumat verib.

Belə ki, Xankəndi məhkəməsinə döyülmə və təcavüzlə bağlı ifadə verən hərbi qulluqçunun dedikləri tibbi müayinələrdə sübut olunub. Kapitan T. əvvəlcə onu döyüb, sonra isə zorlayıb.

"Onun qabırğalarında sınıq var. Müəyyən olundu ki, ağrıların səbəbi bu idi. Məhkəmə həkiminin fikrincə, ağrılar müştərimə qarşı 2018-ci ilin yanvarında edilən zorakılığın nəticəsi ola bilər. Xəsarət aşkarlandıqdan sonra hərbi polis əməkdaşları gəldilər və onu qeydə aldılar", - deyə vəkil bildirib.

Xatırladaq ki, bu qalmaqallı hadisə 2018-ci ilin yanvarında ortaya çıxıb. Həmin zaman sözügedən əsgərin anası işğal olunmuş Ağdərə rayonunda yerləşən hərbi hissəyə oğlunun andiçməsinə gedirib. Oğlu anasına deyib ki, onun birbaşa komandiri kapitan T. onu adyala bükərək döyüb, bir neçə gündən sonra isə yenidən döyüb və zorlayıb.

Zorakılıqlar müntəzəm şəkildə baş verib. Zorakılığa məruz qalmış əsgərin anası oğlunun dediklərini hərbi hissənin rəhbər heyətinə bildirib, bundan sonra seksual xarakterli hərəkətlərin həyata keçirilməsi faktı ilə bağlı cinayət işi açılıb. Lakin daha sonra hərbi qulluqçu xəyanətdə ittiham edilib. Onu aylarla hərbi polisdə saxlayıblar.

Psixoloji təzyiqlərə məruz qalmış erməni hərbi qulluqçunu etiraf ifadələri yazmağa məcbur ediblər, lakin o, məhkəmədə başına gələnləri danışıb və ilkin ifadələrini təkzib edib. 2018-ci il oktyabrın 4-də məhkəmə hərbi qulluqçunun həbs qətimkan tədbirini ləğv edib. Onu başqa hərbi hissəyə aparıblar, bundan sonra isə sağlamlıq problemləri ilə əlaqədar "Kanaz" hospitalına yerləşdiriblər.

İş üzrə son məhkəmə iclası ötən ilin noyabrında baş verib. Demək olar ki, artıq bir ildir ki, iclaslar təyin olunmur. Bu müddət ərzində hərbi qulluqçu stress keçirib və ağır sağlamlıq problemləri var. Bir neçə gün bundan əvvəl isə ona 30 günlük məzuniyyət verilib.

Qeyd edək ki, baş vermiş hadisəyə görə zabitə qarşı Ermənistan Cinayət Məcəlləsinin 358.1 maddəsi ilə cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zorlama   Cinayət  

Cinsi zorakılığa məruz qalmış erməni əsgərin işi ilə bağlı yeni FAKTLAR

2019/09/top-4-1567497304.jpg
Oxunub: 603     16:46     03 Sentyabr 2019    