Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri aprel döyüşlərində mövqelərimizə doğru təxribatçı əməliyyatlarda iştirak edən erməni hərbi qulluqçu Hayk Sexliyan bildirib.
Onun sözlərinə görə, artıq dəfələrlə Ermənistanın bir çox hökumət orqanlarına müraciətlər edib və ona uzun müddət cavab verilməyib.
“Mən onlara demişəm ki, məni Almaniyaya göndərin, oradakı həkimlər baxsınlar, lakin anlasınlar ki, nə etmək olar”,- deyə aprel döyüşlərinin iştirakçısı etiraz edib.
Sexliyanın bu müraciətlərinə baxmayaraq, Paşinyan hökuməti onun xaricdə müalicə almaq istəyini rədd edib.
Alpər Mövludoğlu
Ordu.az