Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakanyan işğal altında olan Xankəndi şəhərində baş tutan mətbut konfransı zamanı danışıb.
Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti ilə birbaşa işləyirlər.
“Qırmızı Xaç Komitəsi də bu məsələdə vacib rol oynayır", - deyə Mnatsakanyan bildirib.
Mnatsakanyan, həmçinin bildirib ki, mümkün həlləri tapmaq üçün bütün səyləri maksimal dərəcədə tətbiq edəcəklər.
“Bağışlayın, çox şey danışa bilmərəm”,- deyə o sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az