Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Arkadi Vardanyan bildirib.

Onun sözlərinə görə, baş vermiş inqilab Rusiyaya sərf etmir və Ermənistan onların təsir dairəsindən qopur.
“Onlar öz bolşevizm, neobolşevizm və bu cür xarici siyasəti ilə təkbətək qalacaqlar",- deyə erməni politoloq qeyd edib.
Vardanyan, ümumilikdə Rusiya prezidenti Vladimir Putinin Ermənistana gəlməyəcəyi variantını da mümkün hesab edir: "Başa düşdüyüm qədər, onlar, hətta şantaja əl atıblar və deyiblər ki, əgər Putinin səfərinə qədər Köçəryan azadlığa çıxmasa, o, ümumiyyətlə gəlməyəcək. Biz də ondan ötrü çox darıxmışdıq, bizə heç lazım da deyil ki, Vladimir Vladimiroviç gəlsin".
O bildirib ki, Ermənistan AİB-ə üzvlüyünü və bu kimi tədbirlərdə iştirakını yenidən nəzərdən keçirməlidir.
"Yalançı quruluşdur, Rusiyanın təşkil etdiyi boş quruluşlardan biridir. Quruluşun məqsədi hər yolla Sovet İttifaqını bərpa etmək idi. Saxta quruluşdur, bunun üçün yalnız pul ödəyirdik. Mən olsaydım, Ermənistanı AİB-dən çıxarardım, rus hərbi bazasını da Mixeil Saakaşvili o zaman etdiyi kimi buradan qovardım".
Alpər Mövludoğlu
Ordu.az