“Qafqazda terror” mövzusunda respublika elmi konfransı keçiriləcək

2019/09/gfghg-1567439516.jpg
Oxunub: 29985     17:16     02 Sentyabr 2019    
Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqazda terror” mövzusunda respublika elmi konfransı keçiriləcək.

AMEA-dan Ordu.az-a bildirilib ki, konfrans “Cənubi Qafqazda terror” və “Şimali Qafqazda terror” bölmələri üzrə təşkil olunacaq. Bölmə iclaslarında Qafqaz xalqlarına qarşı həyata keçirilən deportasiyalar, onların siyasi-hüquqi tərəfləri, sosial-iqtisadi nəticələri haqqında məruzələr dinləniləcək və geniş müzakirələr aparılacaq.

Tədbirdə iştirak etmək istəyənlər məruzələrinin tezislərini oktyabrın 20-dək [email protected] elektron ünvanına göndərməlidir. Konfransın bölmələrinə uyğun olmayan tezislər qəbul edilməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qafqazda-terror  


Bizi "telegram"da izləyin