Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni hərbi ekspert Van Hambardzumyan bildirib.
Erməni hərbi ekspert, Azərbaycanda Türkiyə hərbi bazasının yaradılacağı barədə absurd iddialarla çıxış edib.
"Bu gün Azərbaycanda yenidən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri başlayıb. Diqqəti cəlb edən və təhlükəli hal odur ki, Türkiyə Silahlı Qüvvələri növbəti dəfə silahlanma ilə hərbi təlimlərdə təmsil olunub. Türkiyə Azərbaycana kifayət qədər böyük sayda texniki vasitə və mütəxəssislər gətirib.
Güman edirəm ki, əgər Türkiyə külli miqdarda pul xərcləməklə Azərbaycanda qüvvə yığırsa, o zaman hərbi baza yaratmaq istəyir",- deyə Hambardzumyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az