“Jamanak”: Polşa prezidenti Paşinyanın görüş tələbini rədd edib

2019/09/13293-1567420597.jpg
Oxunub: 26826     16:54     02 Sentyabr 2019    
“Baş nazir Paşinyanın Polşaya getməməsi və burada sentyabr ayının 3-5-də keçiriləcək iqtisadi forumda iştirak etməməsi barədə qərarının, Rusiya Federasiyası prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun Polşaya getməməklərinə dair qərarları ilə heç bir əlaqəsi yoxdur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri yazıb.

Nəşrə görə, Polşa tərəfinin Paşinyanla görüşə tam olaraq niyə razılıq vermədiyi sual doğurur.

Diplomatik mənbənin məlumatına əsasən, Ermənistan Baş naziri Nikol Paşinyan, Polşa prezidenti Bronislav Komarovski ilə görüşmək niyyətində olub, lakin Polşa tərəfi fevralda keçiriləcək prezident seçkilərini və vəzifəsini tərk edərək prezidentlə uzunmüddətli gündəmin müzakirə edilməsinin mənasının olmadığını nəzərə alaraq, belə bir görüşü məqsədəuyğun hesab etməyib.

Xatırladaq ki, Bronislav Komarovski öncədən bəyan edib ki, bölgəyə səfəri çərçivəsində Azərbaycana və Ermənistana səfər edəcək. Lakin Polşa prezidentinin Ermənistana səfəri təxirə salınıb və o, yalnız Azərbaycana səfər edərək Ermənistan üçün narahatedici bəyanatlar verib. Paşinyanın Polşa prezidenti ilə görüşərək, Qarabağ məsələsində Polşanın mövqeyini müzakirə etmək niyyətində olması istisna edilmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Görüş   İmtina   Paşinyan  


Bizi "telegram"da izləyin