Ermənistan ordusunun daha bir hərbi qulluqçusu qəza törətdi

2019/01/c27a3-1547444212.jpg
Oxunub: 27963     10:26     02 Sentyabr 2019    
İrəvanda Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin 25 yaşlı hərbi qulluqçusu "Honda" ilə piyadanı vurub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avqustun 31-də saat 14:00 radələrində İrəvan sakini, 25 yaşlı P. Qaqaik idarə etdiyi "Honda" markalı 35 ՕX 869 nömrəli avtomobil ilə Rostov küçəsinin 15/3 ünvanı qarşısında 35 yaşlı P. Aleksandrı vurub.

Zərərçəkmiş şəxs və sürücü P. Qaqikin sərnişinləri - İrəvan sakinləri, 3 yaşlı D. Susanna və bir neçə aylıq körpə Q. Maria müxtəlif bədən xəsarətləri alaraq "Erebuni" tibb mərkəzinə yerləşdirilib.

Məlumatlara görə, sürücü P. Qaqik Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edir.

Baş vermiş qəza faktı üzrə müvafiq materiallar hazırlanır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza  


Bizi "telegram"da izləyin