Rusiyalı ekspert: “Əgər Putin İrəvana gəlməsə, təəccüblənmərəm”

2019/05/timth-1559200815.jpg
Oxunub: 695     15:44     02 Sentyabr 2019    
“Növbədənkənar seçkilərə əl atmaqla qalib gəlmədiyi halda Paşinyan Baş nazir olmayacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, Rusiyada Amulsar qızıl mədəni ilə bağlı baş verənlər diqqətlə, həyəcanla və təəccüblə izlənilir.

“O, məsələ Ermənistanın daxili işləridir və əlbəttə Ruisyanın heç bir marağı yoxdur. Bu vəziyyət Ermənistanda daxili qeyri-sabitliyə səbəb olacaq. Artıq erməni mətbuatında növbədənkənar seçkilər haqqında dərc edilən məlumatlara rast gəlirik. Ermənistan parlament respublikasıdır. Buna görə də hakimiyyət dəyişikliyinin baş vermə ehtimalı və Paşinyanın Baş nazirlik kürsüsünü itirməsi mümkündür. Hadisələrin bu cür inkişafına Paşinyanın hazır deyil”, - deyə Tarasov bildirib.

“Regnum” xəbər agentliyində Amulsar qızıl mədənində baş verənlərlə bağlı Paşinyanın vəzifədən gedəcəyi, eyni zamanda çətin qərar qəbul etməyə məcbur olacağına dair dərc olunan məqaləyə münasibət bildirən Trasov, bu cür məqalələri yayan nəşriyyatlara diqqət etməyi məsləhət görüb: “Məsələ Ermənistanın daxili işidir və hansı qərarların qəbul edilə biləcəyini təhlil edərək nəticə çıxarırıq. Paşinyanın atdığı addımlar diqqətli olmağa sövq edir. Xüsusilə Qarabağ məsələsində ziddiyətli bəyanatlar və xarici siyasət sahəsinə dair verilən açıqlamalardan müəyyən məsələlər ortaya çıxır. Məgər Rusiya Ermənistanın tərəfdaşı deyil? Doğrudanmı, Paşinyan Rusiyanın arxasında yenə də hər hansı oyun aparmaq istəmir. Paşinyan bəyan edir ki, diaspor Ermənistan üçün işləməlidir. Belə bəyanat verildiyi halda hansı diaspordan söhbət gedir? Rusiyada 1,5-2 milyon erməni yaşayır və onlar Ermənistan yox, Rusiya pasportları daşıyır. Sarkisyanın dövründəki Ermənistan, Paşinyanın dövründəki Ermənistandan daha müsbət təsir bağışlayırdı.

Oktyabr ayında Putinin Ermənistana səfərinə nəzər salaq. İndiyədək Moskvada Köçəryana qarşı aparılan cinayət işini dərk edə bilmirlər. Bu məsələdə şəxsi münasibətlər rol oynayır. Köçəryanla Putin dostdur . Putin bir neçə dəfə türmədə Köçəryana zəng edib. Onun ad gününü təbrik edib. Bəzi oyun qaydaları var, xüsusilə də Ermənistan Konstitusiyasına görə prezidentlər və sabiq prezidentlər toxunulmaz şəxsdir və bu hadisə isə qisas elementlərinin təzahürüdür. Ölkə qarşısında ciddi iqtisadi çağırışlar durduğu halda, bu cür işlərlə məşğul olmaq ehtiyatlı münasibət göstərilməsini tələb edir. Putinin gəlib-gəlməyəcəyinin birbaşa Köçəryanla bağlı olduğuna əmin deyiləm. Belə bir bəyanatın məsuliyyətini öz üzərimə götürmək istəmirəm. Köçəryana əl vurmaq lazım deyildi kimi anlayışı Paşinyana başa salmaq üçün belə bir addıma əl atacağını ehtimal edirəm. Rəsmi gündəliyə əsasən, Putin İrəvana gəlmək niyyətindədir, lakin əgər gəlməzsə buna görə təəccüblənməyəcəm”.

“Son vaxtlar Serj Sarkisyanın da dəmir barmaqlıqlar arxasına düşəcəyinə dair ehtimallar olduğu və belə bir hal baş verərsə, Köçəryanla bağlı münasibət Sarkisyana qarşı da göstəriləcəkmi?”, deyə növbəti sualı cavablandıran Baş redaktor, “belə olan halda dost olduqları deyilən Levon Ter-Petrosyana nə üçün toxunulmur?” deyə sual edib.

“Bu insanlar pis və ya yaxşı Ermənistan dövlətinin möhkəmləndirilməsində xidmət göstəriblər. Paşinyanın belə bir hərəkətə əl atması ağlasığmazdır. O, cəmi 1,5 il hakimiyyətdədir. Onun heç normal səfərləri belə baş tutmayıb. Heç bir praqmatik əlamətlər olmayıb. Putinlə 5 dəfə görüşüb. “İnqilab, demokratiya” kimi öz ifadələrinə inansaq, Paşinyan ABŞ prezidenti Trampla görüşməyə nail ola bilmir. NATO-ya səfər etdiyini, Avropa liderlərinin əlini sıxdığını etiraf etsə də, həmin dairələrin Ermənistana səfərinin baş tutmadığını vurğulayıb. Rusiyanın dəvət edilmədiyi Varşava görüşündə Ermənistan da iştirak etmədi. Bu çox möcüzəli addım idi. Faktiki olaraq, Rusiya üçün əlverişli olan hər bir addımı gözəl adlandırmasına gəldikdə isə bu addım Rusiya üçün əlverişli deyil. Sadəcə olaraq, indiki vəziyyətdə Paşinyan öz mövqeyini ortaya qoyub. Rusiya prezidenti Vladimir Putinlə həmrəylik nümayiş etdirməsinə gəldikdə isə atılan addım belə bir məna verir. Lakin əslində rus tərəfi bunu bu cür qəbul etmir. Bu sadəcə həmin tədbirdə Trampla bir daha üz-üzə gəlməmək üçün atılan addım ola bilər”, - deyə o Paşinyanın Trampın yanında da hörmətinin olmadığına diqqət çəkir.

Amulsar dağ mədəninin arxasında Britaniyanın lord, zadəgan və banklarının dayanmasına da münasibət bildirən Tarasov ifadə edib ki, bu cür bəyanatlara tamamilə inanmır.

“Əlbəttə konkret hər hansı məlumatım yoxdur. Məsələnin arxasında qərb kapitalının dayandığı məlumdur. Yoxsa Ermənistanda və ermənilərdə bu həcmdə pulun olması mümkün deyil. Bu o deməkdir ki, bu məsələni kimsə maliyyələşdirir. Lakin maliyyələşdirən tərəfin kim olmasından asılı olmayaraq, buna mənfi münasibət bəsləmək olmaz. Bu kapitalın necə bölüşdürülməsinə, dövlət büdcəsinin ona çatan paydan gəlir əldə etməsinə, yoxsa bu gəlirlərin şəxsi ciblərə və oliqarxlara axdığı halda pis münasibət bəsləmək olar?... Amulsar mədənində baş verən hadisələri və onunla bağlı inkişaf proseslərini, o cümlədən siyasi xarakterli tədbirləri rus tərəfi diqqətlə izləyir. Bu məsələdə Paşinyanı kimsə geri çəkir. Ona görə ki, bu ssenaridə onun siyasi təsiri getdikcə zəifləyir. Belə bir şəraitdə onun növbədənkənar seçkilərə əl atmasına təəccüb etmərəm. Lakin bu dəfə bu seçkilərdə qalib gələ biləcəyi məsələsi sual altındadır. Növbədənkənar seçkilərə əl atmaqla qalib gəlmədiyi halda Paşinyan Baş nazir olmayacaq. Belə olan halda isə hazırda həbs etdirmək istədiyi şəxslər onu həbs edəcəklər”, - deyə Tarasov öz fikirlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Rusiyalı ekspert: “Əgər Putin İrəvana gəlməsə, təəccüblənmərəm”

2019/05/timth-1559200815.jpg
Oxunub: 696     15:44     02 Sentyabr 2019    